Icma.az
close
up
RU
“Süleyman Ələsgərov Şəfiqə xanımla yataq səhnəsindən imtina edir, xəyanət səhnəsindən xəbərim yoxdur” FOTO+ÖZƏL

“Süleyman Ələsgərov Şəfiqə xanımla yataq səhnəsindən imtina edir, xəyanət səhnəsindən xəbərim yoxdur” FOTO+ÖZƏL

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ölkəmizdə kino sənətinin tarixi 1898-ci ildən başlayıb. Kinomuz özünəməxsus inkişaf yolu keçib və xalqımızın mədəni-mənəvi, ictimai-siyasi həyatında mühüm rol oynayıb. Köhnə filmlərimizdəki bəzi səhnələr öncədən filmə daxil edilsə də, sonradan montaj olunaraq çıxarılıb. 1969-cu ildə Hüseyn Seyidzadənin çəkdiyi “Dəli Kür” filmi də bu qəbildəndir. Film hazır olandan sonra bəzi səhnələrdə siyasi motivlər olduğu üçün senzuradan keçmədiyindən filmdən çıxarılıb. Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da kinoda onun obrazını görə bilmirik. Hüseyn Seyidzadə başa düşürdü ki, filmin sonluğunu dəyişməsə onun yaradıcılığında uzun fasilə yarana bilərdi. Ona görə də bu addımı atmağa məcbur olur”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib. O daha sonra digər filmlərimizin də məcburiyyət qarşısında sonluqlarının dəyişdirilməsindən danışıb:

“1969-cu ildə Həsən Seyidbəylinin lentə aldığı “Bizim cəbiş müəllim” filmi də senzuradan keçməyib. Filmdə neftimizlə bağlı bir söz var idi, demişdilər ki, onu çıxarın. Bundan başqa rejissor əslində Cəbiş müəllimi yataqda göstərməli idi. Süleyman Ələsgərov etiraz edir və yataq səhnəsinə çəkilməkdən imtina edir. Deyir ki, “mən müəlliməm, sabah deməzlər ki, bu müəllimi yataqda niyə göstərmisən?”. Rejissor da onunla razılaşır. Filmdə Şəfiqə Məmmədova və Əliağa Ağayevin xəyanət səhnəsinin olduğunu da deyirlər, amma mən bunu görməmişəm. Deyilənə görə bu səhnələr sonradan filmdən çıxarılır. Həm də bu səhnə o vaxt üçün böyük risk idi. 1985-ci ildə Tofiq Tağızadənin çəkdiyi “Bağ mövsümü” filmindən də bəzi səhnələr montaj prossesində çıxarılıb. Əslində Ağabacı rolunu oynayan aktrisa Zemfira Sadıqovanın rolu böyük olub. O illərdə Zemfira xanıma qarşı böyük təzyiqlər var idi. Yusif Vəliyev dünyasını dəyişəndən sonra demək olar ki, Zemfira xanım meydanda tək qaldı. Bu rejissorla şəxsi zəmində baş verib. Belə ki, aktrisanın dediyinə görə Tofiq Tağızadə onu çəkmək istəməyib, ona görə də bu addımı atıb. Belə hallar həmişə aktrisa ilə rejissor arasında baş verib. 1982-ci ildə çəkilən “Nizami” filmindən də Nizami və Afaqın toy səhnəsi çıxarılıb. Filmdə Afaqın öz toyunda rəqs etməsi kəskin şəkildə təndiq edilir və etiraz edilir ki, müsəlman qadın öz toyunda heç vaxt rəqs etməz. Tofiq Tağızadənin 1970-ci ildə lentə aldığı “Yeddi oğul istərəm” filmində Cəlalın Kələntər dayını şillə ilə vurması səhnəsi də montaj olunaraq filmdən çıxarılır. Cəlal obrazını oynayan mərhum aktyor Ənvər Həsənov bu haqda özü rejissordan xahiş edib. Tofiq Tağızadə öncə razılaşmasa da, sonradan bu xahişi nəzərə alır. Axı o vaxt cavan oğlanın qoca kişini şillə ilə vurması böyük səs-küyə səbəb ola bilərdi. Belə qənaətə gəlmək olar ki, müxtəlif illərdə çəkilən filmlərdə bəzi səhnələrin çıxarılması həm şəxsi zəmində, həm siyasi motivdə, həm də rol ifaçılarının istəyi ilə baş tutub” deyə kinoşünas bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri