Baku TV 2025 ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci il Baku TV üçün peşəkar jurnalistika, beynəlxalqəməkdaşlıqlar və rəqəmsal göstəricilərin güclənməsi baxımından əlamətdar olub.
Global Media Group-un üzvü olan Baku TV il ərzində operativ xəbərçilik, obyektiv yanaşma və məsuliyyətli jurnalistika prinsiplərinə sadiq qalaraq ölkə daxilində vəbeynəlxalq media mühitində mövqeyini daha da möhkəmləndirib.
Hesabat dövründə Baku TV-də beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi uğurla yekunlaşıb. Kanalda keçirilən audit zamanı ISO 9001:2015 Keyfiyyət İdarəetməSistemləri, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə tətbiq olunanidarəetmə mexanizmlərinin beynəlxalq tələblərə uyğunluğu, funksionallığı və davamlılığı bir daha təsdiqlənib.
2025-ci il Baku TV üçün beynəlxalq media əməkdaşlıqlarınıngenişləndirilməsi baxımından mühüm mərhələ olub. İl ərzindəBaku TV Qazaxıstan və Özbəkistanın aparıcı media qurumlarıilə əməkdaşlıq memorandumləri imzalayıb. Bu tərəfdaşlıqlarbeynəlxalq informasiya mübadiləsinin genişləndirilməsinə vəregional media əlaqələrinin inkişafına xidmət edib.
İl ərzində Baku TV-nin fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media sahəsində göstərilən xidmətlərə görə Baku TV-nin bir sıra əməkdaşları "Tərəqqi" medalı və "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunublar.
2025-ci ildə Los-Ancelesdə keçirilən beynəlxalq film müsabiqəsində qalib olan "Söz" qısametrajlı sənədli filminintəqdimat mərasimi keçirilib. Bununla yanaşı, Baku TV-ninistehsalı olan "Ocaqov dünyası" filmi "Qızıl Pəri 2025" Kino Mükafatına layiq görülüb.
Baku TV il ərzində sosial məsuliyyət və dayanıqlı inkişafistiqamətində də fəallıq göstərərək bir sıra ekoloji tədbirlər, o cümlədən təmizlik aksiyaları və yaşıllaşdırma təşəbbüslərihəyata keçirib.
Baku TV-nin ən önəmli Korporativ Sosial Məsuliyyətlayihələrindən biri olan Rəqəmsal Media Məktəbi çərçivəsində il ərzində 50-dən çox gənc təlimlərdə iştirak edib. Layihə gənclərin peşəkar mediaya hazırlanmasına və müasir jurnalistikastandartlarına uyğun kadr potensialının formalaşdırılmasınayönəlib.
Rəqəmsal platformalar üzrə göstəricilər 2025-ci ildə də Baku TV-nin lider mövqeyini qoruduğunu nümayiş etdirib. Ötən ildə olduğu kimi, bu il də YouTube platformasında Baku TV-ninümumi baxış sayı bir milyardı ötüb, abunəçi sayı isə 2.500.000-dən artıqdır.
Bu da kanalın regionun ən çox izlənilən xəbər və informasiya platformalarından biri kimi mövqeyini möhkəmləndirib.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















