Icma.az
close
up
RU
Balaca vətəndaşlarla böyük söhbət: Millət vəkili yay məktəbində (FOTO)

Balaca vətəndaşlarla böyük söhbət: Millət vəkili yay məktəbində (FOTO)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi və "Umay” Təlim Mərkəzinin birgə təşkil etdiyi "Dostluq və İnkişaf” Yay məktəbi çərçivəsində millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov layihənin balaca iştirakçıları ilə görüş keçirib. 

Görüşün açılışını Birliyin və layihənin rəhbəri Sevinc Fədai edərək bildirib: "Uşaqların şəxsiyyət və dəyər yönümlü inkişafına yönələn bu cür görüşlər onların həyatına mühüm iz qoyur. Milli dəyərlərimizi, vətən sevgisini uşaqlara çatdırmaq, onların ruhuna bu toxumu səpmək bizim borcumuzdur. Məhz buna görə də bu dəyərlərin daşıyıcısı və yayıcısı olan millət vəkilimizlə balaca vətəndaşlarımızın görüşünü keçirmək qərarına gəldik. Bu, həm də nəsillər, eləcə də dövlətlə uşaqlar arasında körpü yaratmaq üçün bir addımdır".

Daha sonra söz alan millət vəkili Ceyhun Məmmədov 5-13 yaş arası uşaqlarla milli-mənəvi dəyərlər, vətənə sevgi, ailəyə hörmət, dostluğun əhəmiyyəti və milli kimliyə bağlılıq mövzularında səmimi və maarifləndirici söhbətlər aparıb. Uşaqlar millət vəkilinə onun uşaqlığı, ailə dəyərləri, dövlətə bağlılıq, təhsil və kitablarla bağlı suallar ünvanlayıblar. Millət vəkili isə bütün suallara böyük təmkin və səmimiyyətlə, həyat təcrübəsinə söykənən maraqlı cavablar verib.

Ceyhun Məmmədov uşaqların intellektual səviyyəsini, məntiqi düşüncə tərzini və ictimai məsələlərə olan marağını yüksək qiymətləndirərək deyib: "Bu balaca fidanların simasında sabahın düşünən, sorğulayan və dəyərlərə bağlı bir gəncliyini gördüm.” 

O əlavə edib ki, belə təşəbbüslərin artması gələcəyimizin sağlam təməllər üzərində formalaşmasına böyük töhfə verir: "Uşaqlar bizim sabahımız, dəyərlər isə varlığımızın əsas sütunudur.”

Birlik rəhbəri, uşaqlar və valideynlər millət vəkilinə yay məktəbinə qatdığı dəyər, uşaqlara göstərdiyi diqqət və mehribanlıq üçün təşəkkür edib,  onların həyatında yaratdığı müsbət izlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda yay məktəbinin iştirakçılarına sertifikat təqdim edilib və xatirə fotosu çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri