Icma.az
close
up
RU
“Balacalar dərsə getmək istəmir, ağlayırlar...”

“Balacalar dərsə getmək istəmir, ağlayırlar...”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin direktoru qərəzli qərarı ilə biz valideynləri stresə məruz qoyur”. 

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib. 

Onlar bildirib ki, sentyabrın 5-də məktəbin direktoru sinif rəhbərinə 16 şagirdlik sinfin tədrisə başlamasının problem olmadığını deyib: “Bizə məlumat verdilər ki, sentyabrın 15-də tədris rəsmi olaraq başlayacaq. Övladlarımızla 15 sentyabrda məktəbə gedib, Bilik Günündə iştirak etmişik. Lakin tədris müddəti sadəcə 15-dən 23-dək davam etdi. Buna səbəb direktorun qərəzli qərar verməsidir. Belə ki, sentyabrın 23-ü məlumat verildi ki, sinif uşaq sayının az olması səbəbindən bağlanacaq. Tədrisin davam etdiyi 1 həftə ərzində 1f sinfi valideynlərin portalda seçdiyi müəllimlə davam edib. Hansı ki, o, rus bölməsi üzrə digər ibtidai sinif müəllimləri arasında yüksək nəticə göstərib, peşəkar müəllim olaraq seçilib. Qeyd etdiyimiz müddətdə şagirdlər öz müəllimlərinə və digər sinif yoldaşlarına öyrəşib. Şagirdlərin bir qismi məktəbəhazırlıq qrupunda da həmin müəllimin sinfində təhsil alıblar.

Maraqlıdır ki, bu qərar niyə sonradan verilib?! Niyə bu qərar üçün 23 sentyabra qədər gözlədilər?! Sinifdə 16 nəfər olub, indi tələb edirlər ki, 20 olmalıdır. Biz hazırkı sinif rəhbərindən razı olduğumuz üçün istəmirik ki, övladlarımız başqa sinifdə təhsil alsın. Balacalar dərsə getmək istəmir, ağlayırlar. Bu qərar bizdə ciddi narahatlıq doğurur”.

Valideynlər qeyd edib ki, sinif müəllimini övladlarını portaldan qeydiyyatdan keçirərkən sistem üzərindən seçiblər: “Bildiyimiz kimi, siniflər üzrə müəllim seçimi mərhələsi olur. Yəni biz övladımızın hansı müəllimin sinfində oxumasını sistem üzərindən seçə bilirik. Hansısa öyrədən portalda “ibtidai sinif müəllimi” olaraq valideynlərə seçim kimi təqdim edilibsə, sonradan niyə dəyişdirilməlidir?

Bununla bağlı aidiyyəti qurumlara müraciət edərək, oktyabr ayında şagirdlərin yerdəyişməsi prosesi zamanı sinifdə şagird sayının artması faktını irəli sürmüşük. Lakin hələ də nəticə yoxdur. Vaxt gedir, şagirdlər məktəbə getməkdən imtina etdikləri üçün dərslərdən yayınır, bu da narahatlığa səbəb olur”.

Məsələ ilə bağlı 27 nömrəli məktəbə sorğu ünvanladıq. Məktəbdən müraciətimizə cavab olaraq bildirildi ki, 2024-2025-ci tədris ilində 1e sinfinə elektron sənəd qəbulu sistemi ilə 12 şagird qeydiyyatdan keçdiyi üçün sinif təşkil edilməyib: “Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil müəssisəsində siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Ötən tədris ilində uşaq sayının azlığı səbəbindən ləğv edilmiş 1e sinfinin müəlliminin dərs yükünün təmin edilməsi, fəaliyyətinə davam edə bilməsi üçün 27 nəfərdən ibarət məktəbəhazırlıq qrupu ona həvalə edilib.

2025-2026-cı tədris ilində qeyd olunan müəllimin tədris apardığı məktəbəhazırlıq qrupundan 24 uşağın valideyni övladlarını digər müəllimlərin siniflərinə keçirmək üçün elektron sistem vasitəsilə müraciət edib. Həmin müəllimin sinfinə isə cəmi 3 şagird elektron qeydiyyatdan keçib. Bu səbəbdən cari tədris ilində 1f sinfi fəaliyyətə başlaya bilməyib. 

Müəllimə dəstək olmaq və fəaliyyətini təmin etmək üçün yeni sinfin formalaşdırılmasına başlanılsa da, cəmi 16 nəfər toplandığına görə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, şagirdlər digər siniflərə yerləşdirilib”. 

Valideynlərin narazılığı məsələsinə aydınlıq gətirmək üçün Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan verilən cavab da bənzər oldu: “Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.

Qeyd olunan sinifdə şagird sayı 20-dən az olduğuna görə 2025-2026-cı tədris ili üzrə həmin sinfin açılması mümkün olmayıb”.

Fidan Etibar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri