Balakəndə 50 yaşlı kişi iki nəfərlə birləşib 17 yaşlı qızı oğurlayıblar
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Balakən rayonunda 17 yaşlı qız naməlum şəxslər tərəfindən oğurlanıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.
Zərərçəkmiş gizlədildiyi ünvandan polis əməkdaşları tərəfindən aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.
Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















