Icma.az
close
up
RU
Balakənin beş kəndində sel TƏHLÜKƏSİ Sakinlər gecələr növbə çəkirlər FOTO

Balakənin beş kəndində sel TƏHLÜKƏSİ Sakinlər gecələr növbə çəkirlər FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu dağ çayları Balakənin beş kəndini təhlükədə saxlayır.
Söhbət mənbəyini qonşu Gürcüstandan götürən və 30 km-ə yaxın məsafədə Balakənin müxtəlif yaşayış məntəqələrindən keçən Mazımçay və İnterçaylarından gedir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, oktyabr ayında transsərhəd Mazımçay a eləcə də onun davamı olan İnterçaya güclü sel gəlməsi çayların boyunca uzanan yaşayış məntəqələrində ciddi fəsadlar əmələ gətirib.
Belə ki, qonşu Gürcüstana yağan güclü leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi bir neçə dəfə artmış və nəticədə həmsərhəd kəndlər olan Poştbinə, Xalatala, Şambul, Şərif və Meşəşambul kəndlərində meşə ərazilərinə, pay torpaqlara, əkin sahələrinə, maldarlıq və arıçılıq təsərrüfatlarına, fərdi yaşayış evlərinə xeyli ziyan dəymişdi. 

Çayın mənbəyi hesab edilən yəni transsərhəddin ilk yaşayış məntəqələrindən olan Poştbinə və Gərəkli kənd sakinlərinin pay torpaqları çayın sahili boyunca uzanır. Kənd sakini Cəmaləddin Şəkiliyevin sözlərinə görə Mazımçay onların pay torpaqlarından keçir.
Vaxtı ilə suvarma kanalı kimi istifadə etdikləri bu çaylar indi təhlükə mənbəyinə çevrilib:
“Burada bizim əmlak, əkin sahələrimiz var. Oktyabrda buraya güclü sel gəldi. Mazımçayın ətrafında əkin sahələri olan bütün qonşular ziyan çəkdilər. Sel-sular məcrasından çıxıb fındıq və meyvə bağlarını, əkinləri məhv etdi”, - deyən Cəmaləddin Şəkiliyev problemin həlli üçün müvafiq orqanlardan kömək istəyir.
Çayın axarında yerləşən və son sel-sulardan sonra ciddi və qorxulu təhlükə mənbəyinə çevrilən yaşayış məntəqələrindən biri də Xalatala kəndidir.
Kənd sakini İzzət Ramazanov daşqınlar nəticəsində böyük torpaq sahəni sel-sular yuduğunu, onun və qardaşının evinin 20 metrliyinə kimi çatdığını deyir:
“2019-cu ildə çay məcradan çıxandan sonra sahili yuya-yuya evimizə gəlib çatıb. Hansı ki, 20-25 metr qalıb. Aidiyyəti  qurumlara dəfələrlə müraciət eləmişəm, məktublar ünvanlamışam. Melorasiyadan gəlib val-bənd vururlar, ağır texnikalarla işləyirlər, o da bir dəfə sel gələn kimi yuyulub gedir, nəticəsi olmur. Bura təcili bənd lazımdı”, - deyə həyəcanını dilə gətirir. Kənd sakini yağışlı günlərdə gecələr növbə çəkdiklərini də ifadə edir.
Mazımçay Şərif kəndinin mərkəzindən keçir. Güclü daşqınlar kəndin bir hissəsində çay yatağını iki dəfə genişləndirib.

Sakinlər bildirir ki, Balakən Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin ağır texnikaları, maşın və bulduzerləri ilin əvvəlindən təhlükəli ərazilər daxil çaylarda bir neçə dəfə məcratənzimləmə  işləri aparsalar da çaylarıda qum və lil qatı o qədər narındır ki, güclü sel gələn kimi yuyub aparır. Hazırda müvafiq idarənin ağır texnikaları Şərif kəndində işləyir.   
İdarənin baş mühəndisi İlkin Aslanov görülən işlərin nəzarətdə saxlanıldığını dilə gətirib:
“Çaylarda məcratənzimləmə işlərini mütləq şəkildə etmək vacibdir. Əgər çaylar təmizlənməsəydi daha böyük faciələrə səbəb ola, çay boyu uzanan əksər yaşayış məntəqələrini sel-sular məhv edə bilərdi. Builki daşqınlar o qədər güclü oldu ki, görülən tədbirlərə rəğmən yenə fəsadsız ötüşmədi”, - deyən müsahibimiz əlavə edir ki, adıçəkilən kəndlərin sel təhlkəsini aradan qaldırmaq məqsədi ilə müvafiq qaydada məsələ qaldırılıb və ilkin olaraq 500 metr məsafə üçün yeni beton bəndlərin tikintisi qərara alınıb. Baş mühəndis əlavə edir ki, beton bəndlərin digər ərazilərdə salınması məsələsinə də dövlətin müvafiq təşkilatları tərəfindən baxılacaq.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri