Balakənin deputatı: “Vətəndaş qəbullarında icra başçısından şikayətlər eşidirdim”
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər vediyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti Balakəndə anti-korrupsiya əməliyyatı keçirib.
Əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb.
Balakənin deputatı Nəsib Məhəməliyev Gununsesi.info-ya açıqlamasında bu əməliyyat haqqında danışıb.
Deputat bildirib ki, xəbəri mediadan alıb: “Mən də hamı kimi mediadan eşitdim. Əgər DTX rayonda belə bir tədbir keçiribsə, demək ki, ciddi əsaslar olub”.
Nəsib Məhəməliyev onu da bildirib ki, rayonda vətəndaş qəbulları zamanı icra başçısından narazılıqlar eşidib: “Bəzən belə şikayətlər alırdım. Mən bunu icra başçısı ilə görüşümdə qaldırırdım. Hətta elə vaxtlar olub ki, fikirlərimi kritik formada çatdırmışam. Hər halda istintaq bütün məsələləri ortaya çıxaracaq”.
Firuzə Mahmudova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















