Balakənin yeni icra başçısının ilk işi: Rayonun loqosunu dəyişir
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Balakən rayonunun yeni loqosunun hazırlanması nəzərdə tutulur.
Bu barədə "Unikal"a Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq rayonun tarixini, mədəniyyətini, adət-ənənəsini, memarlığını, multikultural dəyərlərini və digər özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən layihələrin hazırlanaraq rayon icra hakimiyyətinə təqdim edilməsi üçün sakinlərə, yaradıcı insanlara müraciət olunub. Rayonun hər bir sakini bu mühüm və vacib layihədə yaxından iştirak edə, öz uğurlu təklifi və layihəsi ilə müraciət edə bilər.
Qeyd edək ki, noyabrın 12-də Balakən rayonuna yeni icra başçısı təyin edilib. Belə ki, Göyçayın icra başçısı işləmiş Natiq Ağayev vəzifəsindən azad edilərək Balakən rayonuna icra başçısı göndərilib.
Onun sələfi İslam Rzayev isə oktyabrın 10-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilib. V.Rzayev korrupsiya hüquqpozmaları və vəzifə cinayətlərində ittiham olunur.
Murad İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 28 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















