Icma.az
close
up
RU
Balakişi Qasımov Qurban Qurbanov haqda suala belə cavab verdi

Balakişi Qasımov Qurban Qurbanov haqda suala belə cavab verdi

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Hazırda AFFA-da işlənib hazırlanan yeni strategiya AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin irəli sürdüyü baxışlara əsaslanır. Müəyyən bir qismini Rövşən Nəcəf 2 aprel, 2024-cü il tarixində AFFA-nın Hesabat-Seçki Konfransında da səsləndirmişdi. Əlavə olaraq, sözügedən strategiyada AFFA İcraiyyə Komitəsinin üzvləri və ümumi olaraq Futbol İctimaiyyətinin də məqsədəuyğun fikirləri nəzərə alınacaq”. 

Bu fikirləri AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov səsləndirib. O, sports.az saytında yayımlanan müsahibəsində deyib ki, yeni strategiyanın bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacağı və geniş müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

B.Qasımov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova niyə milli komandanın baş məşqçisi vəzifəsinin təklif olunmadığı haqda sual da ünvanlanıb. O, bununla bağlı bildirib:

“Bu sual mənə verilibsə, yəqin ki, nəyə görə Qurban Qurbanovun namizədliyinin şəxsən mənim tərəfimdən irəli sürülməməsindən söhbət gedir. İlk növbədə, qeyd edim ki, Qurban Qurbanova böyük hörmətim var və o, bu məsələdə mövqeyimi yaxşı bilir. Milli komandanın davamlı uğurlarının əldə olunması üçün çox vaxt lazımdır. Artıq qeyd etdiyim kimi, Qurban Qurbanov “Qarabağ”ı tərk etsə, bu, “Qarabağ” üçün böyük itki ola bilər. Düşünürəm ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”ın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək uğurlar qazanması çox vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Noyabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see122

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see115

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see110

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri