“Balau deyirdi ki, çox güclü futbolçudur, hətta 3 cü liqanın ən yaxşı oyunçusudur”
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Azərbaycanın U-21 yığması AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya önünə çıxacaq.
Yığma komandamızın baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına açıqlamasında “Şamaxı”dakı portuqal futbolçuları olan Rikardo Fernandes, Rikardo Apolonario və Dioqo Balau ilə arasında keçən diaoloqundan söz açıb:
“Daha çox Balau ilə söhbətimiz oldu. Mən Portuqaliya liqasını çox izləyirəm. Demək olar ki, 3-cü liqasını əzbər bilirəm. İşimiz oradan keçir. Maraqlı bir məqam var. Ötən mövsüm "Sportinq" B komandasının heyətində 3-cü liqada oynamış futbolçu bu gün Portuqaliyanın U-21 yığmasına dəvət edilib. Bu da oranın səviyyəsini göstərir, bu liqadan da çox yerə çıxış var. Balau deyirdi ki, çox güclü futbolçudur, hətta 3-cü liqanın ən yaxşı oyunçusudur. Bu haqda danışdıq. Rikardo Fernandeş daha çox şəhər haqda məlumat verdi. Onlar da sevindi, maraqlı görüş olduğunu bildirdilər. "Benfika"nın "Qarabağ"la düşməsi də onlar üçün daha çox maraqlı gəldi. Daha çox bu yöndə söhbətlərimiz oldu”.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















