Icma.az
close
up
RU
“Balfur Bəyannaməsi böyük tarixi ədalətsizliyin əsasını qoydu” Səfirlik

“Balfur Bəyannaməsi böyük tarixi ədalətsizliyin əsasını qoydu” Səfirlik

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Britaniya hökuməti tərəfindən 2 noyabr 1917-ci ildə qəbul edilən məşhur Balfur Bəyannaməsi müasir dövrün ən böyük tarixi ədalətsizliklərindən birinin əsasını qoyub. Onun müstəmləkə və siyasi nəticələri İsrail işğalı və Fələstin xalqının legitim milli hüquqlarının inkarı ilə bu günə qədər davam edir”.

525.az xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Balfur Bəyannaməsinin 108-ci ildönümü ilə bağlı yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, bu bəyannamə Fələstin torpaqlarında müstəmləkəçi qurumun yaradılması üçün əsas yaradıb və bu da Fələstin xalqının Nəkbə (“fəlakət”, “müsibət”), didərgin salınması və öz müqəddəratını təyinetmə hüququndan məhrum edilməsinə gətirib çıxarıb. İşğalçı rejimin köçkünlük, məskunlaşma, mühasirə və beynəlxalq humanitar hüququn pozulması siyasətini davam etdirməsi ilə fələstinlilərin əzab-əziyyətləri bir əsrdən çox vaxt keçməsinə baxmayaraq davam edir.

Səfirlik hesab edir ki, tarixi və hüquqi məsuliyyət Birləşmiş Krallıq və sonradan bu müstəmləkə prosesini dəstəkləyən ölkələrin üzərinə düşür, çünki bu ölkələr davam edən ədalətsizliyin yaranmasına töhfə vermiş tərəflərdir. Eyni zamanda, öz müqəddəratını təyin etmək, geri qayıtmaq və müstəqillik hüququnu təmin edən Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayır.
Səfirlik Birləşmiş Krallığın 2025-ci ilin sentyabr ayında Fələstin Dövlətini rəsmi olaraq tanımaq addımını alqışlayır və bunu Balfur Bəyannaməsi ilə başlayan tarixi səhvi düzəltmək üçün düzgün istiqamətdə atılan addım hesab edir, İsrail işğalına son qoymaq üçün praktiki dəstək ilə onun tamamlanmasına çağırır.

Bu kontekstdə, Fələstin Dövlətinin səfirliyi İsrailin işğal olunmuş Fələstin ərazisi üzərində heç bir suverenliyə malik olmadığını təsdiqləyir və İsrail işğalçı Knessetinin sözdə "İsrail suverenliyinin tətbiqi" adı altında Fələstin ərazilərini ilhaq etmək cəhdlərini ən sərt şəkildə pisləyir. İşğal olunmuş Fələstin ərazisi, Qüds, Qəzza zolağı da daxil olmaqla, İordan çayının qərb sahilində vahid, bölünməz coğrafi vəhdət təşkil edir və Fələstin ərazisi üzərində suverenlik yalnız Fələstin xalqına və Fələstin Azadlıq Təşkilatı tərəfindən təmsil olunan legitim rəhbərliyə məxsusdur. Bu, təbii, tarixi və qanuni hüquqlara əsaslanır və beynəlxalq hüquq qaydalarına və müvafiq BMT qətnamələrinə uyğun olaraq həyata keçirilir.

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi xalqın azadlığına və müstəqilliyinə nail olana və paytaxtı Şərqi Qüds olmaqla 4 iyun 1967-ci il sərhədlərində müstəqil dövləti qurulana qədər Fələstinin haqlı mübarizəsinə dəstəyi artırmaq üçün Azərbaycandakı tərəfdaşları və beynəlxalq ictimaiyyətlə işləməyə davam etmək öhdəliyini bir daha təsdiq edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri