Balıq bazarında YENİ MƏNZƏRƏ: İxrac 81 faiz artdı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən balıqçılıq sahəsində epizootoloji sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və məhsulların təhlükəsizliyinə nəzarətin təmin olunması məqsədilə mütəmadi monitorinqlər aparılır.
"Yeni Sabah" AQTA-nın məlumatına görə xəbər verir ki, monitorinqlər zamanı balıqçılıq təsərrüfatlarının və su hövzələrinin epizootoloji vəziyyəti qiymətləndirilir, xəstəliklərin erkən aşkarlanması və risklərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Balıqçılıq subyektlərinə baytarlıq və biotəhlükəsizlik tələblərinə əməl olunması, xəstəliklərin profilaktikası və erkən aşkarlanması ilə bağlı metodiki və maarifləndirici dəstək göstərilir. pizza mizza
Agentlik bildirir ki, həyata keçirilən tədbirlər həm balıqçılıq təsərrüfatlarında epizootoloji sabitliyin və məhsul təhlükəsizliyinin təmin olunmasına, həm də ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır.
Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Avqust 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















