Icma.az
close
up
RU
“Balıq yağı beyinə zərərli imiş?” yeni araşdırma dünyanı silkələdi Nuran Abdullayev

“Balıq yağı beyinə zərərli imiş?” yeni araşdırma dünyanı silkələdi Nuran Abdullayev

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Dünyada milyonlarla insanın qəbul etdiyi omega-3 əlavələri beynin qocalmasının qarşısını almaq əvəzinə, əksinə, yaddaş zəifləməsini sürətləndirə bilər.

Beynin yaşlanmasının - Alzheimer və demensiyanın - qarşısını almaq məqsədilə əhali arasında çox geniş istifadə olunan omega-3 əlavələri ilə bağlı çox mübahisəli və səs-küylü bir elmi tədqiqat yayımlandı. Yeni elmi araşdırmaya görə, omega-3 qəbul edən bir qrup yaşlı insanlarda beynin yaşlanması, xüsusilə də idrak funksiyalarının zəifləməsi daha sürətli inkişaf edib.

Tədqiqat dünyanın ən məşhur Alzheimer məlumat bazalarından biri olan ADNI (Alzheimer’s Disease Neuroimaging Initiative) əsasında aparılıb və nəticələr “The Journal of Prevention of Alzheimer’s Disease” jurnalında dərc olunub. Araşdırma ümumilikdə 1814 nəfər üzərində aparılıb. Propensity score matching sonrası isə 819 nəfər 5 il ərzində izlənilib.

Nəticələr isə gözlənilməz olub:

* Omega-3 qəbul edən yaşlılarda yaddaş zəifləməsi daha sürətlə inkişaf edib;

* Alzheimer testlərində nəticələr daha tez pisləşib;

* Beyində enerji istifadəsinin azalması müşahidə olunub;

* Bu təsirin sinir hüceyrələrinin funksional zəifləməsi ilə əlaqəli olduğu düşünülür.

Araşdırmada xüsusilə qeyd olunur ki, omega-3 əlavələrinin “hamı üçün faydalıdır” yanaşması artıq ciddi şəkildə yenidən qiymətləndirilməlidir.

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri budur:

Omega-3 qəbul edən şəxslərdə beyində klassik Alzheimer göstəriciləri olan:

* beta-amiloid yığıntıları,

* tau zülalı,

* beyin atrofiyası

əhəmiyyətli şəkildə artmayıb.

Amma bunun əvəzinə beynin PET görüntüləmələrində beyində qlükoza istifadəsinin azalması aşkarlanıb. Bu isə neyronların və sinaptik əlaqələrin funksional zəifləməsi anlamına gələ bilər.

Bu isə tam olaraq onu deməyə əsas verir ki, “Balıq yağı həmişə faydalıdır” düşüncəsi tamamilə yanlışdır.

Tədqiqatda bir daha vurğulanır ki, omega-3 bir çox hallarda oksidləşmə və mitoxondrial stress yaradaraq beyində əks təsir göstərə bilər. Xüsusilə uzun müddətli və nəzarətsiz istifadə risk yaradır.

Araşdırmada qeyd edilir ki, satışda olan bir çox “Omega-3” və “fish oil” məhsulları oksidləşmiş vəziyyətdə ola bilər və bu da potensial zərər mexanizmlərindən biri hesab olunur.

Bütün bunlar bir daha göstərir ki, “Omega-3” əlavələrinin beynin qorunması üçün geniş istifadəsinə çox ehtiyatlı yanaşmaq vacibdir.

Gələcəkdə:

* doza,

* preparat növü,

* xəstənin genetik xüsusiyyətləri,

* ilkin omega-3 səviyyəsi

fərdi şəkildə qiymətləndirilməlidir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, araşdırma omega-3 əlavələrinin tamamilə zərərli olduğunu sübut etmir. Lakin ilk dəfə olaraq böyük uzunmüddətli müşahidə tədqiqatlarından biri olaraq göstərir ki, hər zaman “faydalıdır” kimi qəbul edilən əlavələr bir çox yaşlı insanlarda tamamilə əks təsir göstərə bilər. Bundan başqa, omega-3-ün müəyyən insanlara faydalı olması ilə bağlı da çox az elmi sübut var.

Elm dünyasında bu nəticələrin artıq böyük müzakirələr yaradacağı qaçılmazdır.

Professor, tibb elmləri doktoru Nuran Abdullayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 May 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri