Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ölümdən sonra insanı nə gözləyir?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Nuran Abdullayev Yeni Klinikada master klas keçdi FOTOLAR

Nuran Abdullayev Yeni Klinikada master klas keçdi FOTOLAR

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan Texniki Universitetinin (AzTU) AI-Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində Yeni Klinikada “İşemik insultların müalicəsində müasir yanaşmalar” mövzusunda elmi seminar və Angioqrafiya laboratoriyasında master-klass təşkil olunub.

Globalinfo.az bildirir ki, dünyadakı ən son yeniliklərin müzakirəsi və klinik praktikada tətbiq imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın 600 minlik əhalisi olan Reyn Zig bölgəsinin Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev çıxış ediblər.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov insult xəstəliyinin müasir dövrdə cəmiyyət üçün ciddi sağlamlıq problemi olduğunu vurğulayaraq, insult mərkəzinin fəaliyyəti və əhəmiyyətindən söz açıb.

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov işemik insult və digər nevroloji xəstəliklərin müalicəsi üçün multidisiplinar komandanın vacibliyini qeyd edərək Azərbaycanda bu istiqamətdə işlərin həyata keçirildiyini vurğulayıb və TƏBİB tabeliyində fəaliyyət göstərən 4 xəstəxanada insulta hazır olan xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq işlərin həyata keçirildiyini bildirib.

AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev bildirib ki, AI-Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində müəyyən edilmiş prioritet hədəflərə uyğun olaraq təşkil olunub. O, qeyd edib ki, işemik insultların müalicəsində müasir yanaşmalarda da artıq süni intellektin rolu qaçılmazdır və bunun tətbiqi mütləqdir. Məhz buna görə də forum çərçivəsində belə bir elmi-praktik konfransın keçirilməsinə qərar verildi. Professor Nuran Abdullayev elmə əsaslanan, doğru qurulmuş müasir insult mərkəzlərinin digər ölkə səhiyyələrində inqilabi dəyişikliyə səbəb olduğu nümunələri qeyd edib və Avropa təcrübəsinə əsaslanan müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib. Mobil insult diaqnostikasından bəhs edən Nuran Abdullayev onun tətbiqinin yaxın gələcəkdə çox önəmli olduğunu vurğulayıb. Tanınmış mütəxəssis seminarın tibb sahəsində peşəkar inkişaf və beynəlxalq təcrübələrin paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

İnteraktiv şəkildə klinik təcrübələr və aktual yanaşmaların təqdim olunduğu seminarda Yeni Klinikanın digər həkimləri də çıxış ediblər.

Daha sonra Angioqrafiya laboratoriyasında master-klass təşkil olunub. Master-klass zamanı Nuran Abdullayev beyin damarlarında icra olunan ən müasir əməliyyat texnikaları barədə azərbaycanlı həmkarlarına əyani təqdimatla ətraflı məlumat verilib.

Tədbir çərçivəsində xüsusilə beyin insultu zamanı tətbiq olunan qabaqcıl müdaxilə üsullarına diqqət yetirilib və Nuran Abdullayev tərəfindən inkişaf etdirilən ən yeni əməliyyat texnikası, Avropada artıq patent almış ən yeni stent azərbaycanlı həkimlərə nümayiş olunub. Bundan başqa, iştirakçılar beynin damar anevrizmalarının müalicəsində istifadə olunan, ən müasir mühəndis texnologiyaları ilə hazırlanmış və hazırda Azərbaycanda istifadə olunmayan stentlərlə tanış olmaq imkanı da əldə ediblər.

Qeyd edək ki, Yeni Klinikada təşkil olunan seminar çərçivəsində ilk dəfə yeni texnologiyaların tətbiqinə dair məlumatlar geniş auditoriyaya təqdim olunub və iştirakçılara beyin damarlarının müalicəsində innovativ yanaşmalar nümayiş etdirilib.

Nəzərinizə çatdıraq ki, ən müasir mühəndis texnologiyaları ilə hazırlanmış stentlərin elmi tətqiqatlarla daha da öyrənilməsi bundan sonra Azərbaycanda da aparılacaq. Belə ki, AzTU-da keçirilən AI – Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində Azərbaycan Texniki Universitetində “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib. AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun nəzdində yaradılan “AI-MED LAB”ın məqsədlərindən biri də qeyd edilən elmi-tətqiqat işlərini aparmaq və Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir. Bu isə təkcə milli səhiyyəmiz üçün deyil, həmçinin beynəlxalq səviyyədə elmi innovasiyalara və müasir elmin inkişafına mühüm töhfədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see298

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see222

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see205

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see184

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see182

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see180

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see179

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see179

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see179

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see179

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see178

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see177

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see177

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see177

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see176

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see175

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see174

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see173

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see172

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri