Icma.az
close
up
RU
Balıq yağı həqiqətən faydalıdırmı? BUNLARA DİQQƏT EDİN

Balıq yağı həqiqətən faydalıdırmı? BUNLARA DİQQƏT EDİN

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar insanlar arasında balıq yağı qəbul etmək bir növ dəb halını alıb.

Bu səbəbdən də balıq yağı reklamları da televiziya ekranlarından əskik olmur. Hətta iş o yerə çatıb ki, artıq onu balıq dadı verməyən balıq yağı kimi təqdim edir və uşaqlara çox müsbət təsirinin olacağını israrla bildirirlər. Bəs görəsən balıq yağının orqanizm üçün faydaları hansılardır? Satışda olan bütün balıq yağları eyni müsbət təsiri göstərirmi? Balıq yağının istifadə qaydası necə olmalıdır və daha çox kimlərə məsləhət görülür? Balıq yağı alarkən hansı xüsusiyyətlərə diqqət etmək lazımdır ki, gözlədiyimiz effekti ala bilək?

Bununla bağlı Ailem.az-a danışan tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirir ki, balıq yağı insan bədəninin öz-özünə istehsal etməyib, kənardan qidalarla alması lazım olan əhəmiyyətli iki əsas yağ turşusu EPA və DHA-nın (omeqa-3) ən əhəmiyyətli qaynağıdır. Həmçinin, balıq yağının tərkibində A və D vitaminləri də vardır: “Balıq yağı istifadəsi son illərdə gedərək artır. Balıq yağı konsistensiyasına görə durudur, lakin bu yağın mənşəyi heyvanidir. Heyvani yağların əsas kütləsi – bərk yağlardır, hansı ki tərkibində çox miqdarda doymuş yağlar saxlayır. Balıq yağı durudur, deməli, onun tərkibində çoxlu miqdarda doymamış yağ turşuları vardır, bitki yağlarındakı kimi”.

Omeqa-3 hər gün orqanizmə daxil olmalıdır

Həkim bildirir ki, balıq yağı digər yağlar kimi 2 hissədən ibarətdir - yağ turşularından və qatışıqlardan. Balıq yağının tərkibində çox miqdarda Omeqa-3 yağ turşuları və Omeqa-6 yağlar vardır: “Omeqa-3 və Omeqa-6 yağlar - əvəzedilməz yağlardır və orqanizmə hər gün daxil olmalıdır, çünki orqanizm onları sintez edə bilmir. Bütün bu yağlar balıq yağında var. Omeqa-6 xüsusi əhəmiyyətə malik deyil, onu digər bitki tərkibli yağlardan almaq olur. Amma Omeqa-3 (EPA və DHA yağ turşuları) bitki yağlarından almaq mümkün deyil”.

Balıq yağı alarkən bunlara diqqət edin

Mütəxəssis xəbərdarlıq edir ki, EPA və DHA yağ turşuları – balıq yağı aldıqda əsas diqqət edəcəyimiz nüansdır: “EPA və DHA-nın yüksək konsentrasiyası beynin boz maddəsində və gözün torlu qişasında olmasını nəzərə alaraq, onların hər gün qəbul edilməsi mütləqdir. Beynin boz maddəsinin təxminən 3%-də vardır - bu, çoxdur, təbii ki. Ana EPA və DHA-nı südlə bəsləmə və övladının böyüməsi dövründə də uşağına istifadə etməlidir. EPA depressiyanı müalicə edir, çox miqdarda serotonin sintez edilməsinə şərait yaradır, ağır və intensiv iş zamanı kömək edir. Omeqa-3 doymamış yağ turşuları orqanizmdə böyük əhəmiyyətə malikdir. Onlar hüceyrələrin fosfolipid membranının əsas struktur komponentidir. Məhz Omeqa-3 hüceyrə membranının əsas funksiyalarını təmin edir, onun axıcılığını, elastikliyini və uyuşqanlığını”.

Həmin balıq yağını almayın

Balıq yağını necə düzgün seçməli sualını cavablandıran Y.Abdiyeva məlumat verir ki, burada müəyyən məqamlara diqqət etmək lazımdır.

1. Treska balığının qaraciyərindən alınmış balıq yağını seçmək düzgün deyil. Belə ki, qaraciyər özündə toksiki maddələr, müxtəlif qarışıqlar və ağır metal duzları saxlayır. Balıq ətindən alınmış balıq yağına üstünlük vermək lazımdır.

2. Rafinə olunmuş balıq yağı seçmək lazımdır. Bu o deməkdir ki, balıq yağı yüksək dərəcədə təmizlənmiş olmalıdır, onun tərkibində toksiki maddələr, müxtəlif qatışıqlar olmamalıdır, düzdür, onda vitaminlər və minerallar da olmayacaq, amma bu maddələr digər mənbələrdən də əldə etmək olar.

3. Balıq yağının tərkibində ən dəyərli və ən əsas - EPA və DHA yağ turşularıdır. Məhsulu seçdikdə buna diqqət etmək lazımdır. Aşağı keyfiyyətli kapsullarda 15-20% yağ turşularıdır, yaxşı məhsulun tərkibində isə 60% və daha yuxarı olur. Balıq yağının tərkibində linolen turşusu da vardır, amma bu, əsas deyil, belə ki, onu bitki yağlarından da almaq olur, amma EPA və DHA-nı yox.

4. Balıq yağını seçdikdə qiymətli balıq növlərindən alınana üstünlük vermək lazımdır. Balıq növü qiymətli olduqca balıq yağı daha bahalı olur və onun tərkibində EPA və DHA daha çox miqdardadır.

5. Balıq yağını duru formada qəbul etmək daha məsləhətlidir, çünki əgər balıq yağı xarab olmuşsa və saxlanma texnologiyasında pozulma baş veribsə, hiss etmək olur. Digər tərəfdən isə balıq yağını duru halda almaq o qədər də yaxşı deyil, belə ki, istifadəsi qənaətbəxş olmur (xoşagəlməz dad), kapsul qəbul etdikdə bu dad hiss olunmur, üzəri jelatinlə örtülü olur.

Həkim deyir ki, balıq yağı ilə əlaqədar çox sayda araşdırmalar aparılıb və onun inanılmaz faydaları aşkar edilib: “Ürək xəstəliklərindən depressiyaya qədər bir çox xəstəlikdə balıq yağı öz təsirini göstərir. Balıq yağı növləri 2 şəkildədir. Fish body oil: Balığın gövdəsindən əldə edilən balıq yağı. Cod liver oil: Balığın qaraciyərindən əldə edilən balıq yağı. Hər ikisində də Omeqa-3 var. Cod liver oil A və D vitamini baxımından da zəngindir. Omeqa-3 yağ turşusunun beynin yaşlanma müddətini azaldıcı təsirinin olduğu və Alzheymerə qarşı qoruyucu xüsusiyyət daşıdığı müəyyən edilib. Orqanizmdə lazımi qədər Omeqa-3 yoxdursa, depressiya və bir çox başqa psixoloji narahatlıqlara səbəb ola bilər. Omeqa-3 uşaqlarda zehni inkişafa müsbət təsir edir və gücləndirir. Yaşlılıqda görülən göz zəifliyini aradan qaldırır. Omeqa-3 xərçəngə qarşı da qoruyucu və önləyici xüsusiyyətlərə malikdir. Balıq yağı revmatizmdə olan oynaq şişkinliyi və ağrıları da yüngülləşdirir”.

Hamilələr də içsin

Mütəxəssisin sözlərinə görə, hamiləlikdə də balıq yağının istifadəsinə ehtiyac var. Vitamin-mineral komplekslərinin yanında Omeqa-3 istifadəsi hamilə qadınlara tövsiyə edilir: “Hamiləliyin son üç ayında və doğumdan sonrakı ilk bir neçə ayda əmizdirən anaların balıq yağı istifadə etməsi mütləqdir. Hamiləliyin son aylarında anadan körpəyə çox nisbətdə Omeqa-3 keçər. Balıq yağının körpələrin mərkəzi sinir sisteminə və bədən inkişafına təsir etməsi də faktdır”.

Y.Abdiyeva xəbərdarlıq edir ki, balığın qaraciyərindən çıxarılmış olan balıq yağlarını hamilələr istifadə etməməlidir: “Çünki bu balıq yağı növünün içində yüksək miqdarda A vitamini var. Yüksək dozalarda A vitaminin qəbulu ana bətnindəki körpəyə zərər verər. Hamilələr balığın gövdəsindən çıxarılan və A vitamini olmayan balıq yağı növünü istifadə etməlidir. Balıq yağının faydalarından yararlanmaq üçün civə və digər ağır metallar ilə çirklənməmiş balıqdan əldə edilən balıq yağı istifadə etmək lazımdır. İstifadə etdiyiniz balıq yağının bu cür zərərli maddələr saxlamamasından əmin olmalısınız”.

Hər balıqda Omeqa-3 olmur

“Hər Balıqda Omeqa-3 tapılmır. Qızıl balıq, uskumru, siyənək balığı, sardina, alabalıq tərkibində Omeqa-3 olan balıqlardır. Soyuq sularda yaşayan yağlı balıqlarda omeqa-3 yağ turşuları daha çoxdur. Balıqlar bu maddəni planktonlardan çıxarırlar. Digər Omeqa-3 qaynağı qoz, kətan toxumudur”.

Balıq yağı arıqlamağa kömək edir

“Omeqa-3-ün sağlamlığa olan faydaları inkar edilməzdir. Lakin balıq yağındakı bütün Omeqa-3 bədənimizin istifadəsinə hazır vəziyyətdə deyil. Balıq yağının gündə 1-3 qr qəbul edilməsi tövsiyə edilir. Bəzi vəziyyətlərdə daha çox miqdarda da istifadə etmək olar. Son illərdə aparılan araşdırmalarda o da məlum olub ki, balıq yağı arıqlamağa kömək edir. Balıq beyin inkişafına güclü təsir edir. Xüsusilə beynin sürətli inkişafı ana bətnindən başlayır, ilk 0-3 yaş dövrü üçün balığın ayrı bir əhəmiyyəti var. Bioloji dəyəri yüksək zülal və əsas amin turşu qaynağı olan balıq, çoxlu doymamış yağ turşuları ilə beyin inkişafına müsbət təsir edir. Bu səbəbdən xüsusilə hamiləlikdən etibarən hamilə qadınlar və 7 aydan etibarən tamamlayıcı bəslənməyə başlayan körpələrin yediyi balığın beyin inkişafını müsbət istiqamətdə təsir edəcəyi bildirilir. Bununla birlikdə, zülal məzmunu zəngin olduğundan digər qidalarda olduğu kimi, balıq da saxlama, hazırlama və bişirmə qaydalarına diqqət edilmədiyində asanlıqla sağlamlıq risklərinə yol aça bilir”-deyə o söyləyir.

Bəzi xəstəliklər zamanı qəbulu məsləhət deyil

Y.Abdiyeva bildirir ki, faydalarına baxmayaraq, balıq yağının qəbulu bəzi xəstəliklər zamanı əks göstəriş sayılır. Bunlar, böyrək və öd daşı xəstəliyi, qalxanvari vəzin fəaliyyətində pozulmalar, xroniki böyrək çatışmazlığı, qaraciyər xəstəlikləri, mədə və 12 barmaq bağırsağın xorası xəstəliyidir: “Bədəndə sağalmayan yaralar, xoralar olduqda və həmçinin əməliyyatdan əvvəl də balıq yağının qəbulu məsləhət deyil. Çünki balıq yağı qanı duruldur, bu da əməliyyatdan sonra qanaxmaların riskini artırır”.

Həftədə 2 dəfə 300 qram balıq yeyin

Həkim məlumat verir ki, balıq yağını yeməkdən dərhal sonra qəbul etmək lazımdır: “Həkimlər bildirir ki, həftədə 2 dəfə 300 qram balıq yemək orqanizmin ehtiyacı olan faydalı maddələri ala bilməsi üçün ən güclü vasitədir. Amerika Ürək Assosiasiyası sutkada 250-500 mq EPA/DHA qəbul edilməsini məsləhət görür”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri