Balıqçılıq sahəsində yoxlamalara icazə veriləcək KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejimindən istisna olacaq.
KONKRET.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu, balıqçılıq fəaliyyətini birbaşa əhatə etmir.
Bildirilib ki, dəyişiklik qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin “istehsaldan istehlaka qədər” prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 İyul 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















