Icma.az
close
up
RU
BAMF Kanada liderinin açıqlamasını cavablandırıb

BAMF Kanada liderinin açıqlamasını cavablandırıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Kanadanın baş naziri, Liberal partiyanın lideri Mark Karninin qondarma erməni soyqırımının 110-cu ildönümü ilə bağlı səsləndirdiyi həqiqətə uyğun olmayan fikirləri kəskin təndiq edən bəyanat yayımlayıb. BAMF Karninin açıqlamasının əsassız və qərəzli olduğunu, bütövlükdə, belə çıxışların regionda mümkün sülhə birbaşa təhdid yaratdığını bəyan edib.

BAMF prezidenti Umud Rəhimoğlunun imzaladığı və Kanada baş nazirinin ofisinə göndərilən bəyanatda deyilir ki, 24 aprel 2025-ci il tarixində Kanadanın baş naziri və Liberal partiyanın lideri Mark Karninin Azərbaycan və Ermənistan arasında baş verənlərlə bağlı səsləndirdiyi əsassız və tarixi reallıqlardan uzaq açıqlama regionda davam edən sülh təşəbbüslərinə, beynəlxalq hüququn prinsiplərinə açıq hörmətsizlikdir: “Beynəlxalq Avrasiya Mətbuat Fondu belə təxribat xarakterli və birtərəfli bəyanatları qətiyyətlə pisləyir, belə fikirləri Cənubi Qafqazda yeni gərginliklərə zəmin yarada biləcək təhlükəli addımlar kimi qiymətləndirir. Cənab Karninin qeyd etdiyi “zorla köçürülmə” ifadəsi qətiyyən reallıqlarla üst-üstə düşmür”.

Sənəddə göstərilir ki, 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk edən ermənilər heç bir zorakılığa və ya təzyiqə məruz qalmamış, əksinə, Azərbaycan dövləti tərəfindən onlara humanitar dəstək göstərilmişdir. BMT və digər beynəlxalq təşkilatların nümayəndələri də bölgədə heç bir zorakılıq halının qeydə alınmadığını təsdiqləmişdir.

BAMF 1988-ci ildən bəri Ermənistanın işğal siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından vəhşicəsinə qovulduğunu, qətlə yetirildiyini, kənd və şəhərlərin viran edildiyini, qəbiristanlıqların dağıdıldığını, mədəni irslərin məhv edildiyini Karninin nəzərinə çatdıraq bildirir: “Ötən əsrdə azərbaycanlılar bir neçə dəfə, son olaraq 1988-1989-cu illərdə isə tamamilə indiki Ermənistan ərazisindəki doğma torpaqlarından deportasiya olunublar. Uzun illər doğma kəndi, evi işğal altında olan, dağıdılan və bu münaqişədən əziyyət çəkən bir milyona yaxın azərbaycanlı qaçqından biri kimi cənab Karniyə xatırlatmaq istəyirik: sülh tarixi saxtalaşdırmaqla deyil, ədalətə və obyektivliyə əsaslanmaqla qurula bilər”.

Açıqlamanın sonunda qeyd edilir ki, Azərbaycan bu gün sülh sazişinin imzalanması üçün konkret və konstruktiv addımlar atır. Ermənistan isə hələ də revanşist ritorikadan əl çəkmir: “Belə bir həssas dövrdə Kanada kimi bir ölkənin baş nazirindən gözlənilən birtərəfli və emosional çıxışlar deyil, regionda dayanıqlı sülhə dəstək verəcək ədalətli və balanslı mövqe nümayiş etdirməkdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 ildən artıqdır ki, bölgədə sülh və əməkdaşlığın təşviqi üçün çalışan beynəlxalq qeyri-hökumət təşkilatı olaraq, bu tip məsuliyyətsiz bəyanatları kəskin şəkildə qınayır və sülhə xələl gətirə biləcək istənilən addımlara qarşı çıxış etməyə davam edəcəyini bildirir”.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri