Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

BAMF nin itkin azərbaycanlılarla bağlı hesabatına BMT Komitəsində baxılıb

BAMF nin itkin azərbaycanlılarla bağlı hesabatına BMT Komitəsində baxılıb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinə təqdim etdiyi alternativ hesabatda qaldırılan bir sıra mühüm məsələlər Komitənin Ermənistanla bağlı yekun müşahidə və tövsiyələrində yer alıb.

Bunu BAMF prezidenti Umud Mirzəyev BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin Ermənistanın təqdim etdiyi əlavə məlumatlara dair qəbul etdiyi yekun sənədlə bağlı şərhində bildirib.

Umud Mirzəyev qeyd edib ki, Komitənin sentyabrın 24-də yekun sənədinin BAMF-nin təqdim etdiyi alternativ hesabat və Cenevrədə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin qaldırdığı məsələlərlə müqayisəsi mühüm nəticələri üzə çıxarır: “Bizim üçün əsas məsələ yalnız alternativ hesabatın BMT platformasında dərc olunması deyildi. Məqsədimiz onilliklərlə taleyi naməlum qalan azərbaycanlıların, xüsusilə uşaqların taleyini beynəlxalq hüquq müstəvisində yenidən gündəmə gətirmək və Ermənistan qarşısında konkret suallar qoyulmasına nail olmaq idi. Bu baxımdan komitənin yekun sənədində yer alan müddəalar olduqca əhəmiyyətlidir”.

BAMF prezidenti bildirib ki, Fondun alternativ hesabatında əsas diqqət Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, sonradan taleyi naməlum qalmış Azərbaycan vətəndaşlarına, xüsusilə itkin kimi qeydiyyatda olan 71 uşağa yönəldilib. Hesabatda həmin şəxslərin taleyinin müəyyənləşdirilməsi, mümkün məcburi yoxaçıxma hallarının araşdırılması, kütləvi məzarlıqlar haqqında məlumatların açıqlanması, insan qalıqlarının identifikasiyası və Ermənistanın Azərbaycanla əməkdaşlıq etməsi məsələləri qaldırılmışdı. BAMF-nin hesabatı və ona əlavə BMT-nin rəsmi məlumat bazasında qeydiyyata alınıb.

Umud Mirzəyevin sözlərinə görə, Komitənin yekun sənədində bu məsələlərin bir sıra mühüm istiqamətlər üzrə əks olunması xüsusi əhəmiyyət daşıyır. Komitə Qarabağ münaqişəsi kontekstində hərbçilər və mülki şəxslər, o cümlədən qadın və uşaqlarla bağlı məcburi yoxaçıxma iddialarının araşdırılması və cinayət təqibində irəliləyişin olmamasından narahatlığını ifadə edir.

Komitənin kütləvi məzarlıqlarla bağlı mövqeyini xüsusilə mühüm hesab etdiyini deyən U.Mirzəyev bildirib: “Diqqətçəkən məqamlardan biri odur ki, yekun sənəddə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarına istinad olunur və işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlığın aşkarlandığı qeyd edilir. Komitə, eyni zamanda, insan qalıqlarının tapılması və identifikasiyası prosesinin sürətləndirilməsini, yeni dəfn yerlərinin müəyyənləşdirilməsini və mövcud məzarlıqların araşdırılmasını tövsiyə edir. Həmçinin dövlət sirrinin qorunması arqumentinin itkinlərin axtarışına və insan qalıqlarının müəyyənləşdirilməsinə mane olmamalı olduğu bildirilir”.

Umud Mirzəyev uşaqlar məsələsinin ayrıca əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, BAMF-nin alternativ hesabatının ən ağrılı hissəsi itkin düşərkən yaşı 18-dən aşağı olan 71 azərbaycanlı uşağın taleyi ilə bağlıdır. Komitənin yekun sənədində 71 uşağın sayı ayrıca göstərilməsə də, Qarabağ münaqişəsi kontekstində uşaqlarla bağlı məcburi yoxaçıxma iddiaları qeyd edilir və məcburi yoxaçıxmalardan zərər çəkmiş uşaqlar xüsusi həssas qrup kimi nəzərdən keçirilir.

“Biz bu məsələni yalnız keçmiş müharibənin statistikası kimi görmürük. Hər bir itkin insanın arxasında onilliklərdir cavab gözləyən ailə dayanır. Xüsusilə uşaqların taleyinin müəyyənləşdirilməsi humanitar və mənəvi məsuliyyətdir. Azərbaycan və Ermənistan sülh istiqamətində irəliləyirsə, müharibənin açıq qalmış humanitar yaralarının sağaldılması da bu prosesin ayrılmaz hissəsi olmalıdır”, - deyə BAMF prezidenti bildirib.

U.Mirzəyev əlavə edib ki, Komitənin yekun sənədi qarşıdakı dövr üçün də mühüm fəaliyyət istiqamətləri müəyyən edir. Ermənistan tövsiyələrin icrası barədə yenilənmiş məlumatı Komitəyə təqdim etməli, vətəndaş cəmiyyəti isə bu prosesin izlənilməsində iştirakını davam etdirməlidir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri