Meloni: Kiberhücumlar narahatlıq doğurur
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın Baş naziri Corcia Meloni Avropanın müxtəlif ölkələrində baş verən yeni kiberhücumların ciddi narahatlıq doğurduğunu bildirib və hadisələrin araşdırıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Meloni Veronada keçirilən ticarət sərgisində jurnalistlərin suallarını cavablandırarkən Avropada qida məhsullarının saxlanıldığı soyuducu sistemlərə edilən kiberhücumlara və sərnişin təyyarələrinə qarşı yalançı bomba təhdidlərinə münasibət bildirib.
“Avropada baş verən yeni kiberhücumlar açıq şəkildə narahatlıq doğurur. Bu hadisələr araşdırılır”, – deyə Meloni qeyd edib.
Baş nazir Fransadakı plazma zavoduna hücumun, təyyarələrə qarşı yalançı bomba təhdidlərinin və qida sektoruna yönələn kiberhücumların bir-biri ilə əlaqəli olub-olmadığını hələ deyə bilməyəcəklərini bildirib.
Bununla belə, Meloni bütün bu hadisələrin mülki infrastruktura qarşı yönəldiyini vurğulayıb.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Noyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















