Icma.az
close
up
RU
Kredit borcu olanların nəzərinə: dərhal bunu edin, yoxsa…

Kredit borcu olanların nəzərinə: dərhal bunu edin, yoxsa…

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Belə ki, 2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Rəsmi statistika göstərir ki, banklardan borclananların sayı sürətlə artır.

Həmin şəxslər borclarını ödəmədiyi təqdirdə, hansı qanuni tədbirlər görülə bilər?

Globalinfo.az-a danışan vəkil Turan Abdullazadə deyib ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur:

“Vətəndaş bankdan götürdüyü krediti ödəmədikdə, bank və ya kredit təşkilatı müəyyən hüquqi tədbirlər görə bilər. Kreditin ödənişi gecikdikdə, bank əvvəlcə borcluya yazılı və ya telefon vasitəsilə xəbərdarlıq edir. Müqavilədə nəzərdə tutulmuş gecikmə faizləri hesablanır və əsas borca əlavə olunur. Borc uzun müddət ödənilməzsə, bank notarial qaydada və ya məhkəmədənkənar qaydada borcluya rəsmi bildiriş göndərir. Kredit müqaviləsində təminat (zamin, girov və sair) varsa, həmin şəxslərə də bildiriş göndərilə bilər. Bildirişdən sonra borcun ödənilməsindən yayınılarsa, bank borcun qaytarılması üçün məhkəməyə müraciət edə bilər”.

Turan Abdullazadə

Vəkil qeyd edib ki, məhkəmə qərarı əsasında borcun məcburi qaydada ödənilməsi həyata keçirilir:

“Məhkəmə qərarı qüvvəyə mindikdən sonra icra məmurları işə qoşulur. Borclunun əməkhaqqına, bank hesablarına və daşınar-daşınmaz əmlakına həbs qoyula, zamin varsa, öhdəlik ona da şamil edilə bilər. Borcunu ödəməyən şəxslər Mərkəzi Bankın Kredit Reyestrində və ya AzerCreditNet kimi kredit bürolarında “pis kredit tarixçəsi” ilə qeydə alınır. Bir növ “qara siyahı”ya salınır. Həmin şəxslər üçün gələcəkdə kredit almaq çətinləşir. Əgər kredit girovla təmin olunubsa (məsələn, ipoteka), məhkəmə və icra prosesi nəticəsində ipoteka qoyulmuş əmlak satıla bilər. Yalnız qəsdən dələduzluq (məsələn, saxta sənədlərlə kredit almaq) hallarında Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işinin başlanması mümkündür. Sadəcə borcu ödəyə bilməmək (maliyyə çətinliyi səbəbi ilə) cinayət məsuliyyəti yaratmır”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 May 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri