Icma.az
close
up
RU
“Bank of Baku tam rəqəmsallaşacaq!” Bankın sədri Həsən Quliyevdən açıqlama

“Bank of Baku tam rəqəmsallaşacaq!” Bankın sədri Həsən Quliyevdən açıqlama

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev ilə müsahibəni təqdim edirik:

Həsən bəy, Bank of Baku-nun fəaliyyətini necə qiymətləndirərdiniz?

Bildiyiniz kimi Bank of Baku 30 ildən çoxdur ki, ölkə iqtisadiyyatında öz imzası ilə seçilən banklardandır. 

Bankımızın xalis mənfəəti ötən il 26 milyon manata yaxın oldu və rəqəmlər artım tempi ilə bizim xeyrimizə dəyişməkdə davam edir. Belə ki, 2025-ci ildə aktivlərimizin sayı artıq milyardı ötüb.

Bank of Baku özünü sadəcə hesabat rəqəmləri ilə deyil, eyni zamanda, korporativ sosial məsuliyyətini dərk edən və bu yolda ciddi addımlar atan bir bank olaraq da cəmiyyətdə təsdiqlətmiş bankdır.

Təcrübələrimizə əsaslanaraq deyə bilərəm ki, Bank of Baku olaraq gələcək illərdə də bazar mövqeyimizi möhkəmləndirmək və artırmaq üçün bir sıra strateji istiqamətlərdə irəliləməyə qərarlıyıq.

Bank of Baku-nun növbəti illər üçün strateji baxışı necədir?

Bankımız uzun illər ərzində "Sizə Yaxın Bankçılıq” şüarı ilə öz fəaliyyətini davam etdirib. Bu missiya altında 2025-2027-ci illəri əhatə edən strateji inkişaf planımız mövcuddur və bu plan əsasında artıq müəyyən işlər görülür.

Əsas hədəfimiz tam rəqəmsal banka çevrilməkdir. Bazar payımızı qoruyaraq genişləndirmək, maliyyə dayanıqlığını təmin etmək və bizim üçün dəyərli olan insan kapitalını gücləndirmək də strategiyamızın əsas sütunlarını təşkil edir.

Tam rəqəmsallaşma – qulağa çox xoş gəlir... Nələr gözləyir müştərilərinizi?

Bank of Baku üçün tam rəqəmsallaşma sadəcə bir məqsəd deyil, bu, müştərilərimiz üçün daha rahat, sürətli və innovativ bankçılıq təqdim etmək üçün əsas strategiyamızdır. Qarşıdakı illərdə müştərilərimizə sürətli və rahat xidmətlər təqdim etmək üçün texnoloji yeniliklərə böyük diqqət ayırmışıq. 

Məqsədimizin əsasını ilk növbədə rəqəmsallaşma və mobil bankçılığın inkişafı təşkil edir. İstəyimiz odur ki, müştərilərimiz bank xidmətlərindən istifadə edərkən bütün prosesləri tam rəqəmsal formada həll edərək minimum vaxt sərf etsinlər. Buna görə də mobil tətbiqimiz vasitəsilə kredit müraciətləri, pul köçürmələri və digər bank əməliyyatlarının rahatlıqla yerinə yetirilməsi üçün çalışırıq.

Ümumiyyətlə, müştərilərimiz üçün insansız xidmətlərin həcmini maksimum dərəcəyə çatdıracağıq. Müştərilərimizin suallarına real vaxt rejimində cavab verən və onların ehtiyaclarını anlayaraq fərdi təkliflər təqdim edən süni intellekt əsaslı "chatbot”ların istifadəyə verilməsini planlaşdırırıq. Hər bir müştərinin maliyyə vərdişləri nəzərə alınaraq xüsusi təkliflər təqdim ediləcək.

İstifadə verdiyimiz "Bobot” robotu da müştərilərimizə daha sürətli xidmət baxımından faydalı olacaq. Bu robotlar müştərilərə məhsullar, xidmətlər barədə məlumat verməklə yanaşı, kredit sifarişlərini, bir çox bank əməliyyatlarını da yerinə yetirəcək.

Yəni sadəcə Sizə Yaxın Bankçılıq deyil, eyni zamanda, Sizə Yaxın Rəqəmsal Bankçılıq xidmətləri göstərəcəyik!

O zaman deyə bilərikmi Bank of Baku-nun şüarı artıq Sizə Yaxın Rəqəmsal Bankçılıq olacaq?

Əslində, əsas şüarımız olduğu kimi qalır, sadəcə bu şüara yeni hədəflərimiz əlavə edilir deyə bilərik. (gülümsəyir)

Hədəfimiz müştərilərimizə yaxın Rəqəmsal Bankçılıq xidməti göstərməkdir. Yəni bank xidmətlərinin böyük bir hissəsini insan müdaxiləsi olmadan, süni intellekt və avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirməkdir. Süni intellektin tətbiqi ola biləcək risklərin dəyərləndirilməsi, cari işlərin avtomatlaşdırılması, müştərilərə fərdi yanaşma ilə xüsusiləşdirilmiş təkliflərin verilməsi baxımından böyük üstünlük deməkdir.

Eyni zamanda, süni intellekt bir sıra "Back office” işlərini avtomatlaşdırmaq prosesində də əsas vasitələrdən olacaq.

Buna görə də Bank of Baku olaraq növbəti illərdə İT infrastrukturumuzu ciddi şəkildə modernizasiya etməyi planlaşdırırıq. Bu istiqamətdə əsas məqsədimiz "core banking” sistemimizi daha da yaxşılaşdırmaq, müasir proqram təminatları və daha yeni data baza sistemlərini tətbiq etməkdir. 

Müştərilərimizin məlumatlarının təhlükəsizliyinin tam təmin olunması da bizim üçün ön plandadır. Bu məqsədlə müasir tələblərə cavab verən rəqəmsal təhlükəsizlik sistemlərimizi gücləndirmək və qabaqcıl texnologiyalardan istifadəni hədəfləyirik.

Gücləndirilmiş kibertəhlükəsizlik protokolları və optimallaşdırılmış, genişlənəbilən sistemlər vasitəsilə müştərilərimizə fasiləsiz, sürətli və daha keyfiyyətli xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq. 

İT idarəetməsində də yeniliklər tətbiq olunacaq. "Agile” sistemi ilə fəaliyyətimizi daha çevik və səmərəli şəkildə təşkil etməyə və bu sayədə məqsədlərimizə daha qısa zamanda nail olmağa çalışacağıq. 

Bütün bu təşəbbüslər müştəri məmnuniyyətini artırmaq və xidmətlərimizi gələcək tələblərə uyğunlaşdırmaq istiqamətində atılan vacib addımlardır.

Strateji hədəflərinizdən biri olaraq bazar payını artırmağı qeyd etmişdiniz. Deyə bilərikmi ki, yuxarıda sadaladıqlarınız sizi həm də bu hədəfə aparacaq?

Bəli, doğru təsbit etmisiniz. Strateji planımız elə qurulub ki, bir hədəfimiz digərini reallaşdırmağa təkan versin və tamamlasın. Odur ki növbəti illərdə əsas fəaliyyət istiqamətlərimiz olan pərakəndə bankçılıq, biznes bankçılığı, eləcə də plastik kartlar sahəsi inkişaf edəcək. 

Belə ki, pərakəndə bankçılıq seqmentini rəqəmsal kreditlərin verilməsi, müştəri ehtiyaclarına və tələblərinə uyğunlaşdırılmış, yəni fərdiləşdirilmiş kart məhsulları ilə transformasiya etməyi hədəfləyirik. Əslində, ötən illərdən bu proses artıq başlayıb. Kreditlərin onlayn şəkildə verilməsi, həmçinin kart məhsullarının onlayn təklif olunması həm müştərilər, həm də bank tərəfdən prosesləri daha sürətli və etibarlı hala gətirib.

Həmçinin Bank of Baku olaraq müştərilərimizin Dostbank mobil tətbiqinə investisiya xidmətlərini əlavə edəcəyik ki, bu yenilik sayəsində istifadəçilərimiz investisiya imkanlarını asanlıqla dəyərləndirə biləcəklər.

Bəs biznes bankçılığı ilə əlaqədar də yeniliklər gözlənilir?

Əlbəttə. Bildiyiniz kimi dövlətimizin "Azərbaycan Respublikasının 2022–2026 sosial-iqtisadi inkişaf Stratejiyası” çərçivəsində dayanıqlı iqtisadi artım və sosial rifahı təmin etmək əsas məqsədidir. Bank of Baku da öz fəaliyyətində dövlətin hədəflərinə hər zaman önəm verən bir şirkət kimi növbəti illər üçün kiçik və orta sahibkarlığı dəstəkləyən fəaliyyətini daha da gücləndirməyi hədəfləyir. 

Bu baxımdan, xüsusilə mikro, kiçik və orta sahibkarlıq seqmentində müştərilərimizin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün məhsul çeşidlərimizi genişləndirməyi və bu seqmentə özəl biznes kart məhsulları təqdim etməyi planlaşdırırıq. Rəqabətli faiz dərəcələrimiz və fərdiləşdirilmiş məhsullarımız, Mikro və KOB müştərilərimizin öz bizneslərini daha da inkişaf etdirməsinə və genişləndirməsinə dəstək olacaq. Həmçinin 24/7 əlçatan olan İnternet Bankçılıq xidmətimizi daima yeniləyəcək və müştərilərimizə daha rahat, təhlükəsiz maliyyə əməliyyatları aparmaq imkanı yaradacağıq. Bir sözlə, xidmətlərimizi daha əlçatan, sürətli və səmərəli hala gətirməyə çalışacağıq. Onu da deyim ki,  qadın sahibkarlığı təşviq etmək məqsədilə biznes kreditləri və təlim proqramları təqdim etmək də planlarımız daxilindədir.

Bank of Baku hər zaman müştəri mərkəzli fəaliyyəti ilə seçilib. Bankınız növbəti illərdə də bu yanaşmasını qoruyacaq?

Əlbəttə, həyata keçən və keçəcək olan bütün yeniliklərimizin mərkəzində hər zaman müştərilərimiz var idi və var olacaq. Hədəflərimiz sayəsində kredit müraciətləri, köçürmələr, hesabların idarə olunması, investisiya xidmətləri və digər əsas bank xidmətlərinə rahat və fasiləsiz giriş  imkanı verəcək. Bir sözlə, müştərilərimiz üçün bazarda gücümüzü də, payımızı da daha da artıracağıq.

Həsən bəy, yeniliklər özü ilə bərabər xərclər də gətirir. Bəs Bank of Baku olaraq gəlirlərinizin davamlılığını necə təmin etməyi planlayırsınız?

Doğru qeyd edirsiniz. Elə bu səbəbdən də strateji planımızda bu istiqamət üzərində xüsusi çalışmışıq. Növbəti illərdə əlavə gəlir mənbələrini mümkün qədər artırmağı və ənənəvi gəlir mənbələrindən asılılığı azaltmağı hədəfləyirik. Bu yanaşma ilə yüksək mənfəəti və uzunmüddətli uğurlu fəaliyyəti təmin etməyi düşünürük.

Bəs strateji planınızda bununla bağlı hansı addımlar nəzərdə tutulub?

Bu mənada bir neçə istiqamətdə işlər görüləcək. Gəlirlərimizi diversifikasiya edəcək, eyni zamanda, xəzinədarlıq və qiymətli kağızlar kimi qeyri-faiz gəlir mənbələrinin artırılmasına çalışacağıq. 

Əməliyyat xərclərinin effektivliyini yüksəltmək də planlarımız arasında yer alıb. Söhbətimizin əvvəlində qeyd etdiyim rəqəmsallaşma tədbirləri də bir çox xərclərin azaldılmasına və effektivliyin artırılmasına dəstək olacaq. 

Onu da qeyd etməliyəm ki, biz bu tədbirləri həyata keçirərəkən xidmət keyfiyyətimizi də qorumağı, hətta yüksəldərək davam etməyi düşünürük. 

Ümumiyyətlə, necə düşünürsünüz, maliyyə sabitliyi, dayanıqlı kapital biznesə hansı üstünlüklər qazandırır?

Dayanıqlı kapital şirkətin gələcəkdə var olmasına və uğurlu fəaliyyətinə birbaşa təsir göstərir. Bu, sizin iqtisadiyyatda baş verə biləcək dalğalanmalara qarşı dözümlü və dayanıqlı olmağınız deməkdir. Qeyri-müəyyənliklərə qarşı, risklərə qarşı hazırlığınız deməkdir. 

Bunlardan əlavə, yeni xidmətlərin yaradılması, innovasiyaların və texnologiyaları tətbiq etmək imkanıdır. Bir sözlə, müştəriləriniz və tərəfdaşlarınızın hər bir vəziyyətdə etibar edə biləcəyi bank olmaqdır.

Bank of Baku olaraq biz də bu etibarı saxlamaq və daima qorumaq üçün kapitalımızı mütəmadi artıraraq ola biləcək risklərə qarşı dayanıqlı olmağı və xidmət keyfiyyətimizi hər zaman qoruyub saxlamağı hədəfləyirik. 

Dayanıqlı fəaliyyətdən söz düşmüşkən belə fəaliyyətin əsasında dayanan ESİ prinsiplərini də qeyd etməyi mütləq hesab edirəm. İqlim və ESİ amillərinin biznesə birbaşa təsirini nəzərə alaraq, biz də dayanıqlı maliyyə strategiyamızda, biznes qərarlarımızda bu məqamı diqqətə almışıq. Mərkəzi Bankın "Dayanıqlı Maliyyə Prinsipləri” sənədini də əsas götürərək Bank of Baku olaraq tədbirlər planı nəzərdə tutulub. 

Bəs ESİ çərçivəsində Bank of Baku-nun strateji mövqeyi barədə nə deyə bilərsiniz? 

Bank of Baku olaraq ESİ çərçivəsində strateji hədəflərimiz üç əsas istiqamətdə cəmlənir. İlk növbədə ekoloji cəhətdən, enerji və su istifadəsində səmərəliliyi artıracaq, karbon emissiyasını azaldacaq və tullantıların idarə edilməsi gücləndirəcəyik. Bu sahədə artıq bir çox işlər həyata keçirilib. "Təbiətə yaxın bankçılıq” şüarı ilə başlatdığımız ekoloji marafon növbəti illərdə də davam edəcək. Yaşıl və sağlam dünya üçün çalışmaq əsas hədəflərimizdədir. Əlavə olaraq, müştərilərimizə ekoloji standartlara uyğun layihələr üçün güzəştli kreditlər təklif ediləcək və yaşıl enerji layihələri Bank of Baku tərəfindən dəstəklənəcək.

Daha sonra Sosial istiqamətdə işçilər üçün ədalətli və bərabər iş mühitinin qorunması, eləcə də gənclər, qadın sahibkarlar üçün xüsusi dəstək proqramları təqdim edilməsi hədəflərimiz arasındadır. Təhsilə, mədəniyyətə və icma əsaslı layihələrə dəstək prioritetimizdir. 

Son olaraq, İdarəetmə istiqamətində şəffaflıq, tənzimləyici uyğunluq və müxtəliflik prinsiplərini qorumağı hədəfləyirik. ESİ məqsədlərinə nail olmaq üçün innovativ texnologiyalardan istifadə ediləcək və risklərin idarəedilməsinə xüsusi diqqət yetiriləcək.

Bu yanaşma ilə Bankımızın qlobal rəqabətə uyğunlaşmasını, həmçinin sosial məsuliyyət öhdəliklərini daha effektiv şəkildə yerinə yetirməsini təmin edəcək.

Qısaca desək, Bank of Baku olaraq müştərilərimizə sürətli, təhlükəsiz və rahat rəqəmsal bankçılıq təcrübəsini təqdim etməklə yanaşı, eyni zamanda, sadəcə maliyyə gücümüz ilə deyil, həm də dayanıqlı və məsuliyyətli fəaliyyət modelimiz ilə bazarda fərqlənməyi hədəfləyirik.

Həsən bəy, Bank of Baku-nun insan kapitalına yanaşması barədə ayrıca danışmaq istərdim. Bu sahədə hansı strateji hədəfləriniz var?

Əməkdaşlarımız... Yəni bizim ən dəyərli kapitalımız! Şübhəsiz ki, insan kapitalı strateji planımızda əsas istiqamətlərimizdəndir. Çünki dayanıqlı inkişaf və uğurlarımızın əsas hərəkətverici qüvvəsi məhz əməkdaşlarımızdır. Bacarıqlı, motivasiyalı və gələcəyə hazırlıqlı insanların yetişdirilməsi prioritetimizdir və  bu məqsədlərə nail olmaq üçün xüsusi tədbirlər planı hazırlamışıq.

Bəs bu tədbirlər planında hansı addımlar nəzərdə tutulub?

Belə deyim, əməkdaşlarımızın həm texniki, həm də liderlik bacarıqlarının inkişafını təmin etmək üçün uzunmüddətli yatırımlar etməyi düşünmüşük. Bu təşəbbüslərə strateji düşüncə, liderlik qabiliyyətləri və ixtisaslaşmış texniki biliklər üzrə inkişafı hədəfləyən daxili və xüsusi təlimlər, professional sertifikatlaşdırma proqramlarında iştirak daxildir.

Bank sektoru, gələcək üçün liderlərin yetişdirilməsi də bizim üçün önəmlidir. Elə bu səbəbdəndir ki, Bank of Baku sektorda bir məktəb olaraq da tanınır. Gələcək potensial liderlərin aşkarlanması və onların inkişafı üçün addımlar atmağa davam edirik. Yaxın zamanda ADA Universiteti ilə əməkdaşlıq memorandumu imzaladıq. Bu saziş çərçivəsində ilk dəfə məhz Bank of Baku üçün mini MBA proqramı təşkil olundu və proqrama artıq start vermişik. Eləcə də, potensial kadrların yetişməsi üçün ADA tələbələrinə, məzunlarına bankımızda təcrübə imkanları yaradılacaq.

İnsan kapitalına yanaşmamızda yüksək motivasiya və effektiv performans da əsas yer tutur. Bunun üçün də biz əməkdaşlarımızın nailiyyətlərini mükafatlandırmaq məqsədilə bacarıqlara və performansa əsaslanan motivasiya sistemini bankın bütün sahələrində tətbiq etməyi planlayırıq.

Rəqabətli əmək haqqı sisteminin formalaşdırılması da planlarımıza daxildir. Bu addımlar sayəsində yalnız cari tələblərə cavab verən deyil, eyni zamanda, bankın vizyonunu və strateji istiqamətini gələcək illərdə də həyata keçirmək bacarığına sahib əməkdaşlar yetişdirəcəyik.

Son olaraq, sizcə, bu strateji dövrün sonunda Bank of Baku hansı nailiyyətləri əldə etmiş olacaq?

Yeni strateji dövrün sonunda biz komandamızla birgə Bank of Baku-nu tam rəqəmsal, yüksək mənfəətliliyə, dayanıqlı kapitala malik və sektorda daha da irəliləmiş, böyümüş banka çevirməyi hədəfləyirik. 

Bank of Baku-nun yeni strategiyası daha güclü, dayanıqlı və innovativ bankçılıq modelinə keçid üçün möhkəm zəmin yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 İyul 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see170

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see133

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see128

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see125

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see124

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see123

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see121

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see121

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see121

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see121

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see121

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see120

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see119

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see119

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see117

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see117

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see117

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see115

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see114

Mahir vurdu, komandası qələbə qazandı

29 İyun 2025 19:42see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri