Icma.az
close
up
RU
Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi üçün irihəcmli kredit sazişi bağladı FOTOLAR

Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi üçün irihəcmli kredit sazişi bağladı FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb.

Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya 21 milyon avro məbləğində dörd il müddətinə kredit ayıracaq və vəsaitlər milli valyutada təqdim ediləcək.

Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.

“Bu saziş beynəlxalq maliyyə institutlarının həm “Bank Respublika”nın etibarlılığına, həm də ölkənin bank sisteminin dayanıqlılığına inamının növbəti mühüm göstəricisidir. Biz EFSE-dəki tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”– deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

“Bank Respublika ilə birlikdə sahibkarlar üçün effektiv maliyyə həlləri təqdim etmək üçün əməkdaşlığımızı dərinləşdiririk. Azərbaycan manatında verilən bu yeni kredit, yerli valyutada maliyyələşmənin əhəmiyyətini vurğulayır və bizneslərin davamlı inkişaf etməsinə, eyni zamanda valyuta risklərindən qorunmasına imkan yaradır,” — deyə EFSE İdarə Heyətinin sədri Andrea Hagmann bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebookinstagramlinkedintelegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri