Qubada 20 yaşlı ana üçəm dünyaya gətirdi Vaxtından əvvəl doğulan körpələrin SON DURUMU
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
2005-ci il təvəllüdlü Xaçmaz rayon sakini erkən hamiləlik şübhəsi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Quba Regional Perinatal Mərkəzinə müraciət edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aparılan ilkin müayinələr nəticəsində 31–32 həftəlik hamiləlik diaqnozu müəyyən olunub və zəruri tibbi xidmətlər göstərilib.
Instrumental-diaqnostik müayinələr zamanı aktiv doğuş fəaliyyəti qeydə alınıb, döllərdən birinin köndələn vəziyyətdə, digərlərinin isə sağrı gəlişində olduğu aşkarlanıb.
Təcili tibbi göstəriş əsasında hamilə qadın qeysəriyyə kəsiyi əməliyyatına alınıb. Əməliyyat nəticəsində çəkiləri müvafiq olaraq 1400 qram, 1600 qram və 1800 qram olan üçəm oğlan körpə dünyaya gəlib. Körpələrdən birinin vəziyyəti ağır qiymətləndirildiyindən süni ventilyasiya ilə təmin olunub.
Üçəmlərin hər birinə dövlət təminatı çərçivəsində “Curosurf 120 mq” preparatı tətbiq edilib və zəruri tənəffüs dəstəyi göstərilib. Göstərilən yüksək ixtisaslı tibbi yardım sayəsində körpələrin vəziyyəti stabilləşib.
Hazırda ana və körpələrin vəziyyəti qənaətbəxşdir. Körpələrdə aktiv əmmə refleksi və sərbəst tənəffüs bərpa olunub, laborator müayinələrin nəticələri norma daxilindədir. Ana və üçəm körpələr sağlam vəziyyətdə evə buraxılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Baxış sayı:110
Bu xəbər 29 Dekabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















