Icma.az
close
up
RU
“Bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var” Eldəniz Əmirov

“Bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var” Eldəniz Əmirov

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Bank əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib, maliyyə dayanıqlığını qoruyub saxlayıb və real sektorun maliyyələşdirilməsi istiqamətində fəaliyyətini daha da genişləndirib.

İlk yarımilin nəticələri Bankın dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini və müştərilər, tərəfdaşlar, eləcə də beynəlxalq maliyyə institutları tərəfindən göstərilən etimadın davamlı olaraq artdığını nümayiş etdirir.

Gununsesi.info-ya danışan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, ilk diqqət çəkən məqam malyyə nəticələrinin yenə də məhdud sayda bankda cəmləşməsidir:

“Xalis mənfəət, əməliyyat mənfəəti, faiz gəlirləri və balans kapitalı üzrə bazarın ilk üç bankı açıq üstünlüyünü qoruyur. Təkcə xalis mənfəətə baxdıqda ilk üç bank birlikdə təxminən 540 mln manat mənfəət əldə edib. Dördüncü yerdə qərarlaşan bankın mənfəəti isə cəmi 34,5 mln manatdır. Bu fərq bazarda maliyyə nəticələrinin yüksək səviyyədə konsentrasiya olunduğunu göstərir.

Eyni mənzərə dövlət büdcəsinə ödənilən mənfəət vergisində də müşahidə olunur. İlk üç bankın ödədiyi mənfəət vergisinin ümumi məbləği 158 mln manatdan çoxdur. Bu isə sektorun həm mənfəətinin, həm də vergi yükünün əsas hissəsinin iri banklarda formalaşdığını göstərir.

Açıqlanan göstəricilər maraqlı bir məqamı da ortaya qoyur. Bankların gəlirləri ilə yekun maliyyə nəticələri hər zaman eyni istiqamətdə dəyişmir. Bəzi banklarda əməliyyat mənfəəti artsa da, xalis mənfəət eyni templə artmır, hətta azalır. Bunun əsas səbəblərindən biri risklər üzrə əlavə ehtiyatların yaradılması və digər maliyyə amilləridir. Yəni bankın daha çox gəlir əldə etməsi avtomatik olaraq daha yüksək xalis mənfəət demək deyil.

Digər tərəfdən, bəzi banklarda həm əməliyyat mənfəəti, həm də xalis mənfəət artıb. Bu isə göstərir ki, bankların maliyyə nəticələri yalnız gəlirlərin artımından deyil, risklərin idarə olunmasından, xərclərdən və digər amillərdən də asılıdır.

Xalis mənfəətin illik dinamikasına baxdıqda da banklar arasında ciddi fərqlər görünür. Məsələn, bəzi banklarda mənfəət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 130-150 % artdığı halda, bəzi banklarda 50 %-dən çox azalma qeydə alınıb. Bu da sektor ümumilikdə sabit görünsə də, ayrı-ayrı bankların maliyyə nəticələrinin eyni olmadığını göstərir.

Faiz gəlirləri isə bank sektorunun əsas gəlir mənbəyi olaraq qalır. Bu göstərici üzrə də bazarın aparıcı üç bankı lider mövqedədir. Bu mənzərə göstərir ki, Azərbaycan bank sektorunda gəlirlərin əsas hissəsi hələ də kreditlər və digər faiz gətirən aktivlər hesabına formalaşır. Qeyri-faiz gəlirləri artsa da, hələlik sektor üzrə ümumi gəlir strukturunu dəyişəcək səviyyədə deyil.

Əməliyyat xərcləri və balans kapitalı üzrə göstəricilər də iri bankların üstün mövqeyini təsdiqləyir. Daha geniş filial şəbəkəsi, daha çox müştəri bazası və daha böyük əməliyyat həcmi onların həm xərclərinin, həm də kapitalının yüksək olmasını şərtləndirir”.

İqtisadçı vurğulayıb ki, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit fəaliyyətini davam etdirir:

“Bankların əksəriyyəti gəlirliliyini qoruyub saxlayıb, kapital mövqeyi güclü olaraq qalır və sektor üzrə ciddi maliyyə pisləşməsi müşahidə edilmir.

Bununla yanaşı, açıqlanan göstəricilər bank sektorunun qarşısında duran əsas məsələləri də göstərir. Maliyyə nəticəlrinin böyük hissəsinin məhdud sayda bankda cəmləşməsi, gəlirlərin əsasən faiz gəlirlərindən asılı qalması və banklar arasında maliyyə nəticələrinin kəskin fərqlənməsi gələcək dövrdə diqqət yetirilməli istiqamətlərdəndir.

Bir sözlə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit inkişaf mərhələsindədir. Amma rəqabət mühitinin daha da gücləndirilməsi, gəlir mənbələrinin daha balanslı formalaşdırılması və qeyri-faiz gəlirlərinin payının artırılması sektorun uzunmüddətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 İyul 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri