Icma.az
close
up
RU
“ABŞ İran razılaşması gərginliyi bitirməyəcək” ELDƏNİZ ƏMİROV

“ABŞ İran razılaşması gərginliyi bitirməyəcək” ELDƏNİZ ƏMİROV

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir”.

Gununsesi.info bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib:

“Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır. Sadəcə hazırda hər iki tərəf yeni müharibənin iqtisadi və siyasi xərcinin həddindən artıq yüksək olduğunu görür.

Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq senarisi yox, idarə olunan gərginlikdir. Yəni tərəflər açıq müharibədən uzaq duracaq, lakin qarşıdurma tam bitməyəcək. Vaxtaşırı böhranlar, sərt bəyanatlar və təzyiqlər davam edəcək”.

O əlavə edib ki, razılaşmanın ən həssas məqamlarından biri isə İsrail faktorudur:

“Çünki faktiki olaraq İsrail bu razılaşmanın tərəfi deyil və onun təhlükəsizlik prioritetləri ilə Vaşinqtonun cari siyasi prioritetləri hər zaman üst-üstə düşmür. Bu isə gələcəkdə yeni fikir ayrılıqları və gözlənilməz gərginlik riskini artıran amillərdən biridir.

Noyabr ayına qədər isə Vasinqtonun əsas hədəflərindən biri Yaxın Şərqdə gərginliyin minimum səviyyəyə endirilməsi və problemlərin nəzarət altına alındığı görüntüsünün yaradılması olacaq. Aralıq seçkilər səbəbilə Trmp administrasiyası həm daxili siyasi gündəm, həm də seçicilərə verilən vədlər baxımından yeni müharibədən daha çox sabitlik və nəticə nümayiş etdirməyə çalışacaq.

Elə bu məntiqin və startegiyanın nəticəsidir ki, ABŞ tərəfindən İran iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına və iqtisadi əlaqələrin müəyyən qədər yumşaldılmasına dair müsbət siqnallar da verilir.

Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına kapital axını, enerji sektoruna investisiyalar və neft ixracının genişlənməsi ilə bağlı gözləntilər güclənə bilər. Lakin bu prosesin davamlılığı yenə də siyasi münasibətlərin sabitliyindən asılı olacaq.

Məhz buna görə də noyabrın ikinci yarısından etibarən gərginliyin növbəti mərhələsinin başlanması ehtimalını daha yüksək qiymətləndirirəm. Çünki həmin dövrə qədər təxirə salınan və ya dondurulan bir çox ziddiyyətlərin yenidən gündəmə qayıtması mümkündür.

Əlqərəz, hazırda müşahidə etdiyimiz proses problemin həlli yox, onun idarə olunmasıdır”.

Günay 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyun 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri