Eldəniz Əmirov: Xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Xidmət sektorunun artan tələblərə cavab verməsi üçün xüsusi iqtisadi mexanizmlər yoxdur".
Bunu AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Eldəniz Əmirov vurğulayıb ki, xidmət səviyyəsinə görə dünyanın qabaqcıl ölkələrindən biri Türkiyədir:
"Türkiyədə turistlərə göstərilən xidmətlər dünyanın nadir ölkələrində rast gəlinir. Yəni, xidmət mexanizmi və ya iqtisadi mexanizm deyə bir şey yoxdur. Bazar və sahibkarlar bu sahəni tənzimləyir. Rəqiblər arasında müştəri uğrunda aparılan mübarizədə qalib gəlmək üçün xidmət səviyyəsi artırılmalıdır. Bunun üçün əməkdaşlara yüksək məvacib verilir və onlardan yüksək xidmət tələb olunur”, – deyə o əlavə edib.
İqtisadçı həmçinin bildirib ki, sahədə peşəkar kadrlara investisiya vacibdir:
"Əməkdaşlar davamlı olaraq təlimlərə cəlb edilir, marifləndirmə tədbirlərində iştirak edirlər. Xüsusi kurslar var və bu kurslara göndərilir. Peşəkar kadrları yetişdirən təhsil müəssisələrindən də işçi qüvvəsi cəlb olunur.
Bu proseslər dövlət müdaxiləsi ilə mümkün deyil. Əgər dövlət müdaxilə etsə, yalnız əlavə çətinlik yaranar. Xidmət sektorunun inkişafı birbaşa sahibkarların öz məsuliyyətidir və onlar bu sahədə prosesi tənzimləməlidirlər”, – deyə E. Əmirov bildirib.
Oksana Orucova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















