Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Dərmanların dövlət tərəfindən qarşılanması zəruridir Eldəniz Əmirov

Dərmanların dövlət tərəfindən qarşılanması zəruridir Eldəniz Əmirov

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.

Bəs bu dövlət büdcəsinə və dərman bazarına hansı təsirləri göstərəcək?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən İqtisadçı Eldəniz Əmirov bildirib ki, dərmanların icbari tibbi sığorta çərçivəsində dövlət tərəfindən qarşılanması nəinki müsbət, eyni zamanda çox zəruri haldır:

“İnsanların tibbi xidmətlərə əlçatanlığının təmin olunması üçün, eyni zamanda ölkədə sığorta sisteminə güvənin artırılması və tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün buna ehtiyac vardır. Təbii ki, bu müəyyən mənada dövlət büdcəsi üçün xərclər yaradacaqdır. Lakin bu dünyanın bütün ölkələri üçün sosial yönümlü ən vacib addımdır. Çünki planetdə hər canlı üçün sağlamlıqdan önəmli heç bir kriteriya, önəmli anlayış yoxdur. Bu baxımdan dövlət büdcəsi təbii olaraq ilk növbədə insanların sağlamlığına xidmət etməlidir. Statistik kompensasiya açıqlamalarında görünür ki, vətəndaşlar pərakəndə ticarət şəbəkələrində kifayət qədər böyük məbləğlər sərf edirlər. İnsanlar həmin məbləğləri digər ehtiyaclarının ödənilməsinə sərf edə bilərlər. Bu, eyni zamanda insanlar üçün əlavə sərbəstlik yaradacaqdır. Böyük sayda insan kütləsi var ki, məhz maddi səbəblər üzündən həkimə müraciət etmirlər. Tibbi icbari sığorta çərçivəsində dərmanların da dövlət tərəfindən qarşılanması, insanların öz sağlamlığına daha diqqətli yanaşmasına xidmət etmiş olacaqdır”.

O qeyd edib ki, dərman bazarına təsirlərə də diqqət yetirmək lazımdır:

“Bu, bir az mürəkkəb, çox həssas məsələdir. Çünki hansı şərtlərlə olacaq, vətəndaşa pulu ödəniləcək, yoxsa pulsuz dərman veriləcək, yoxsa vətəndaş dərmanı alacaq, qəbzi təqdim etdikdən sonra vəsait ödəniləcək. Yəni, proseslər çox mürəkkəbdir. Əgər vətəndaşa pulsuz dərman veriləcəksə, belə bir mexanizm qurulmalıdır ki, o zaman hansısa dərman idxalçıları keyfiyyətsiz dərmanları gətirib insanlara verməsin. Məcburi şəkildə proses tənzimlənməlidir. Yəni, məsələn, ölkədə 5 və ya 10 aptek olacaqdır və insanlar sığorta ilə bağlı dərmanlarını yalnız o apteklərdən alacaqlar. Bu, yol verilməzdir. Əgər bu tətbiq olunarsa, onsuz da rəqabətin çox aşağı, demək olar ki, mövcud olmadığı dərman sənayesində vəziyyət daha da ağırlaşacaq və bu, bazar prinsiplərinə zidd olacaqdır. Eyni zamanda keyfiyyətli xidmətin və keyfiyyətli dərman preparatları ilə təminatla bağlı ciddi suallar yaradacaqdır”.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Avqust 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri