Icma.az
close
up
RU
Bank sektorunun yeni hədəfləri

Bank sektorunun yeni hədəfləri

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal ekosistemin möhkəmlənməsi bankların iqtisadi inkişafa töhfəsini artıracaq

Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda ölkəmizdə bank sektorunun inkişafı sahəsində son illərdə həyata keçirilən tədbirlərin əhəmiyyəti və müasir çağırışlardan irəli gələn yeni məqsəd və vəzifələr barədə  müzakirələr aparılıb. “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Zakir Nuriyev bildirib ki, son illərdə bank sektorunda institusional mühiti daha da yaxşılaşdırılıb, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilib, bazara rəqabətə davamlı iştirakçıların daxil olması təmin edilib. Ödəniş xidmətləri həyata keçirən 14 elektron pul, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb.

Milli ödəniş sisteminin dövriyyəsi 4 dəfəyə yaxın artıb

Həyata keçirilən islahatlar nəticəsində son 3 ildə milli ödəniş sistemi infrastrukturu, o cümlədən Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3,6 dəfə artaraq 2024-cü ilin yanvar-oktyabr aylarında 606 milyard manat təşkil edib. Bu, qeyri-ödəniş kanalları rəqəmsal bank ekosisteminin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edərək ümumu dövriyyəni də yüksəldib. Belə ki, qeyd edilən dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların təxminən 64 faizi nağdsız formada həyata keçirilib. Eyni zamanda, bankların iqtisadiyyatda iştirakçılıq əmsalı yüksəlib, kreditvermə potensialı böyüyüb. Cari il noyabrın 1-nə banklarının biznes krediti portfeli illik müqayisədə 19,4 faiz artaraq 19,4 milyard manat təşkil edib.

Forumda çıxış edən bank sektorunun nümayəndələrinin fikrincə, banklar və maliyyə institutları müasir rəqəmsal inkişaf mühitində fəallığı daha da artırmaq, Mərkəzi Bank və digər maliyyə qurumları ilə birlikdə koordinasiyalı çalışmaq niyyətindədir. İcrasına yeni start verilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun olaraq sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Yeni strateji mərhələdə məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

“Açıq bankçılıq” platformasının qurulması

Azərbaycan bankları üçün strateji hədəflərdən biri “Açıq bankçılıq” imkanlarının artırılması ilə bağlıdır. Mərkəzi Bankın İdarə Heyətinin üzvü Vüsal Xəlilovun fikrincə, “Açıq bankçılıq” və “Açıq maliyyə təşəbbüsü” inklüziv, şəffaf və effektiv maliyyə eksisteminin yaradılmasını hədəfləyir ki, bu yanaşma banklar, fintexlər və istehlakçılar üçün yeni imkanlar yaradacaq. Banklar üçün yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və müştəri təcrübəsi, fintexlər üçünsə banklarla əməkdaşlıq, qabaqcıl maliyyə həllərinə giriş imkanı genişlənəcək. İstehlakçılara isə daha çox seçim etmək imkanı yaranacaq, onlar şəffaf və təhlükəsiz maliyyə qurumlarını daha asan görə biləcəklər. Nəticədə bu layihə Ani Ödənişlər Sisteminin infrastrukturunu da təkmilləşdirməklə, “sandbox” rejiminin (əməliyyat sistemlərinin təhlükəsizliyi) tətbiqinin genişlənməsinə səbəb olacaq.

Strateji hədəflərdən biri rəqəmsal ödəniş sektorunun qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsidir ki, bu layihə üzrə lokal ödəniş kartlarının emissiyası gücləndiriləcək. Bu çərçivəyə əsasən, daha əlverişli tarif siyasətinin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə yerli və xarici ödəniş sistemi operatorlarına mövcud tarif siyasətini təhlil etmək və sui-istifadə hallarının aradan qaldırmaq tapşırığı verilib. Nəticədə ödəniş kartlarının emissiyası bank və kart bazarında rəqabəti daha da təşviq etməklə, xidmət haqlarının effektiv formada tənzimlənməsinə yeni imkan verəcək.

Türkiyə ilə ortaq bank layihələri

Rəqəmsal transformasiya sahəsində aparılan islahatların mühüm tərkib hissəsi kimi məsafədən bank hesablarının açılması prosedurlarının da sadələşdirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Bu, müştərilərin banka getmədən və vaxt sərf etmədən onlayn xidmət kanalları ilə bütün növ hesabları açmaq və əməliyyatları aparması işini daha da asanlaşdıracaq. Bank icması islahatların növbəti fazası çərçivəsində geniştutumlu bank xidmətləri şəbəkəsi yaratmaq üçün xarici bank institutları, xüsusilə də türk dövlətləri ilə əməkdaşlığı da artırmağı planlaşdırır. Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədr müavini Mustafa Aydının sözlərinə görə, iki ölkə artıq bu sahədə ortaq layihələrə start verib.

Ümumilikdə, strategiya sənədinin həyata keçirilməsi müəyyən edilmiş məqsədlərə çatmaqla yanaşı, bank sektorunun bazar potensialının artması, Mərkəzi Bankın müvafiq keyfiyyət tələbləri və risk əsaslı nəzarət mexanizmlərinin güclənməsi, rəqəmsal və dayanıqlı maliyyə ekosisteminin möhkəmlənməsini təmin edəcək. Nəticədə bu islahatlar bank bazarına olan etimadı gücləndirəcək, yüksək inkişaf potensialı olan ölkəmizin kapital bazarlarının maliyyə sistemində rolunu artıracaq və iqtisadi inkişafa töhfə verəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see384

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see326

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see314

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see253

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see248

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see245

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see242

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see230

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see227

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see223

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see217

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see215

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see211

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see209

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see209

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see202

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see200

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see200

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see194

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri