Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 23 may, AZƏRTAC
Venesuelada bu ilin fevralında qüvvəyə minən əfv qanunundan sonra 395 məhbus azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez “Venezolana de Televisión” telekanalına açıqlamasında bildirib.
“Hazırda 395 nəfər azad edilib və yaxın saatlarda bu rəqəmin 500-ü keçəcəyini gözləyirik”, — deyə Rodrigez qeyd edib.
Onun sözlərinə görə, əfv qanununun tətbiqi nəticəsində ümumilikdə 8426 vətəndaşa tam hüquqi azadlıq verilib, onlara qarşı irəli sürülmüş ittihamlar və hüquqi məhdudiyyətlər ləğv olunub.
Əlavə edib ki, qanun qüvvəyə minənədək də 885 nəfər cinayət məsuliyyətindən azad edilmişdi.
Bu mövzuda digər xəbərlər:Venesuelada çox sayda məhbus azad ediləcək
08 Yanvar 2026 23:21
Venesuelada ümumi əfv elan ediləcək
06 Fevral 2026 10:21
Venesuelada 23 məhbus azadlığa buraxılıb
23 Fevral 2026 08:14
Venesuelada ötən ilin noyabrından bəri təxminən 900 məhbus azad edilib
10 Fevral 2026 06:59
Venesuelada amnistiya qanununun qüvvəyə minməsi ilə 177 məhbus azad edilib
24 Fevral 2026 08:49
Baxış sayı:198
Bu xəbər 23 May 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















