Icma.az
close
up
RU
Banklar insanları evsiz qoyur

Banklar insanları evsiz qoyur

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin III rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. 

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib. Məlumata görə, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub: 

“İpoteka Kredit və Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər”. Sorğuya əsasən, III rübdə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olub. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərib. 

Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq. Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olub. Əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına daha çox təsir edib, sorğuda qeyd olunub. 

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 383,1 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,4 % artaraq 378,8 milyon manat olub. 

Qeyd edək ki, banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərib. Faiz dərəcələrinin azalması ipoteka kreditlərinə tələbi artırarmı? 

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, banklar ipoteka krediti təyinatlı istifadə olunacaqsa, bu, bahalı ipotekadır: 

“Bu qiymətə heç kimə lazım deyil. İnsanların da 20-30 faizlə ipoteka götürmək imkanı olmur. İpoteka anlayışı institusional səviyyədə elə olmalıdır ki, simvolik, yəni üzərinə müəyyən bir faiz əlavə edilsin, kapitalın özü isə ucuz olsun. Yəni, bu gün bank faizləri, uçot dərəcəsi əsasında qurulan ipoteka əhali üçün əlverişli hesab olunmur. Ona görə də imkan olmadıqdan sonra borclanmaya getməyin nə mənası var? Bu baxımdan, ipotekaya tələbat azalır”. 

Ekspert bildirib ki, əgər bazara ucuz faizlə ipoteka məbləği çıxarılsa, çox insan bundan istifadə edər: 

“Ancaq bu gün bank faizlərinin yüksək olması səbəbindən onu ipotekaya yönəltmək tələbatı azaldacaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri