Icma.az
close
up
RU
Banklar keşbek və faizləri ləğv edir Nə baş verir?

Banklar keşbek və faizləri ləğv edir Nə baş verir?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son aylarda Azərbaycan bank sektorunda qəribə bir səssizlik hökm sürür. Bir tərəfdən ard-arda “cashback” proqramlarının dayandırılması, digər tərəfdən isə əmanət faizlərinin aşağı salınması müştərilərdə haqlı suallar doğurub.

Sanki banklar artıq vətəndaşları cəlb etməkdə əvvəlki kimi maraqlı deyillər. Halbuki uzun illərdir banklar rəqabətdə üstünlük qazanmaq üçün müxtəlif güzəştlər, bonuslar və yüksək faizli depozit kampaniyaları ilə müştəriləri öz tərəflərinə çəkməyə çalışırdılar.

İndi isə mənzərə dəyişib, həm kart sahibləri, həm də əmanətçilər üçün şərtlər getdikcə sərtləşir.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bank sektorunda gəlirlilik azalır və problemli kreditlərin həcmi artır:

“Problemli kreditlərin sayı hər ay artır. Ona görə də banklar vətəndaşların xeyrinə ola biləcək güzəştlərdən yavaş-yavaş imtina edirlər. Bu imtina nəticəsində də banklar tərəfindən müştərilərə münasibətdə daha istər kəşbeklə, istərsə də xərcləmələrin limiti ilə bağlı güzəştlər olmur. Limitlərdən yuxarı pul çıxaranda və ya əməliyyatlar ediləndə əlavə faizlər hesablanacaq. Limit əvvəl 7000 idi, indi səhv etmirəmsə, onu 3000-ə salıblar. Bunun əsas səbəbi ümumilikdə iqtisadiyyatdakı mühüm problemlərlə əlaqədardır. Bunun da güzgüsü, necə deyərlər qan-damar sistemi bank sektorudur. Bank sektoru iqtisadiyyatda olan problemləri özündə əks etdirir. Bankların da gəlirləri düşür. Bunun qarşısını almaq üçün də bankların güzəştlərini ard-arda ləğv etməsinin şahidi oluruq”.

N. Cəfərli vurğulayıb ki, iqtsiadiyyatda canlanma baş verməsə, getdikcə vəziyyət daha da pisləşəcək:

“Beləliklə də, bankların həm vətəndaşlara göstərdiyi xidmətlərin, eləcə də vətəndaşların xeyrinə edilən güzəştlərin azalmasının şahidi olacağıq. İqtisadiyyat əgər 0,9 faiz artıb. Təbii ki, iqtisadiyyatda olan problemlər bank sektoruna da mütləq təsir edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri