Banklar krediti verəndə bilməliydi ki, vətəndaş onu geri qaytara bilməyəcək ZAHİD ORUC
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son zamanlar problemli kreditlərlə bağlı vəziyyət ciddi hal alır.
Belə ki, bankların rəsmi açıqlamasına görə, əvvəlki illərlə müqayisədə problemli kreditlərin həcmi artıb.
Bankların əsas narazılığı isə məhkəmə qərarlarının icrası ilə bağlıdır.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında deyib ki, bu problemdən onlar da xəbərdardır.
Onun sözlərinə görə, hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır:
“Bank sistemi nə qədər bu cür şərtlər və faizlərlə çalışır, əmlak, girov təminatı olmadan xüsusilə istehlak krediti verəcək, problemlər həll edilməyəcək. Bu baxımdan, 340 minə yaxın yerinə yetirilməyən məhkəmə qərarı məhz bu sahə ilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməliydi”.
Gülxanım Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Sentyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















