Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Bankların əsas gəliri yenə faizlərdir

Bankların əsas gəliri yenə faizlərdir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Həftəsonu Azərbaycan bank sektorunun 2026-cı ilin ilk altı ayı üzrə maliyyə göstəriciləri açıqlanıb. 

İlk diqqət çəkən məqam malyyə nəticələrinin yenə də məhdud sayda bankda cəmləşməsidir. Xalis mənfəət, əməliyyat mənfəəti, faiz gəlirləri və balans kapitalı üzrə bazarın ilk üç bankı açıq üstünlüyünü qoruyur. 

Təkcə xalis mənfəətə baxdıqda ilk üç bank birlikdə təxminən 540 mln manat mənfəət əldə edib. Dördüncü yerdə qərarlaşan bankın mənfəəti isə cəmi 34,5 mln manatdır. Bu fərq bazarda maliyyə nəticələrinin yüksək səviyyədə konsentrasiya olunduğunu göstərir”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. 

Ekspert qeyd edib ki,  eyni mənzərə dövlət büdcəsinə ödənilən mənfəət vergisində də müşahidə olunur: 

“İlk üç bankın ödədiyi mənfəət vergisinin ümumi məbləği 158 mln manatdan çoxdur. Bu isə sektorun həm mənfəətinin, həm də vergi yükünün əsas hissəsinin iri banklarda formalaşdığını göstərir. 

Açıqlanan göstəricilər maraqlı bir məqamı da ortaya qoyur. Bankların gəlirləri ilə yekun maliyyə nəticələri hər zaman eyni istiqamətdə dəyişmir. Bəzi banklarda əməliyyat mənfəəti artsa da, xalis mənfəət eyni templə artmır, hətta azalır. 

Bunun əsas səbəblərindən biri risklər üzrə əlavə ehtiyatların yaradılması və digər maliyyə amilləridir. Yəni bankın daha çox gəlir əldə etməsi avtomatik olaraq daha yüksək xalis mənfəət demək deyil. Digər tərəfdən, bəzi banklarda həm əməliyyat mənfəəti, həm də xalis mənfəət artıb. 

Bu isə göstərir ki, bankların maliyyə nəticələri yalnız gəlirlərin artımından deyil, risklərin idarə olunmasından, xərclərdən və digər amillərdən də asılıdır. Xalis mənfəətin illik dinamikasına baxdıqda da banklar arasında ciddi fərqlər görünür. 

Məsələn, bəzi banklarda mənfəət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 130-150 % artdığı halda, bəzi banklarda 50 %-dən çox azalma qeydə alınıbb. Sektor ümumilikdə sabit görünsə də, bu, ayrı-ayrı bankların maliyyə nəticələrinin eyni olmadığını göstərir”.

Ekspertin sözlərinə görə, faiz gəlirləri isə bank sektorunun əsas gəlir mənbəyi olaraq qalır: 

“Bu göstərici üzrə də bazarın aparıcı üç bankı lider mövqedədir. Bu mənzərə göstərir ki, Azərbaycan bank sektorunda gəlirlərin əsas hissəsi hələ də kreditlər və digər faiz gətirən aktivlər hesabına formalaşır. 

Qeyri-faiz gəlirləri artsa da, hələlik sektor üzrə ümumi gəlir strukturunu dəyişəcək səviyyədə deyil. Əməliyyat xərcləri və balans kapitalı üzrə göstəricilər də iri bankların üstün mövqeyini təsdiqləyir. 

Daha geniş filial şəbəkəsi, daha çox müştəri bazası və daha böyük əməliyyat həcmi onların həm xərclərinin, həm də kapitalının yüksək olmasını şərtləndirir.

Ümumilikdə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit fəaliyyətini davam etdirir. Bankların əksəriyyəti gəlirliliyini qoruyub saxlayıb, kapital mövqeyi güclü olaraq qalır və sektor üzrə ciddi maliyyə pisləşməsi müşahidə edilmir.

Bununla yanaşı, açıqlanan göstəricilər bank sektorunun qarşısında duran əsas məsələləri də göstərir. Maliyyə nəticələrinin böyük hissəsinin məhdud sayda bankda cəmləşməsi, gəlirlərin əsasən faiz gəlirlərindən asılı qalması və banklar arasında maliyyə nəticələrinin kəskin fərqlənməsi gələcək dövrdə diqqət yetirilməli istiqamətlərdəndir.

Bir sözlə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit inkişaf mərhələsindədir. Amma rəqabət mühitinin daha da gücləndirilməsi, gəlir mənbələrinin daha balanslı formalaşdırılması və qeyri-faiz gəlirlərinin payının artırılması sektorun uzunmüddətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyul 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri