Icma.az
close
up
RU
Bankların kredit oyunu: Pulu müştərilərə belə “satır”

Bankların kredit oyunu: Pulu müştərilərə belə “satır”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Bank "Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri - III rüb 2026" hesabatını dərc edib.

Sorğu nəticələrinə əsasən cari ilin III rübündə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunub.

Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə müqayisədə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb.

Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Banklardan əldə edilmiş məlumatlara əsasən, 2026-cı ilin III rübündə ümumi istehlak kreditlərinə, o cümlədən ipoteka kreditlərinə tələb artıb.

Banklar növbəti rübdə ümumi istehlak və ipoteka kreditləri üzrə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar. 

Sorğunun cari ilin III rüb üzrə nəticələrinə əsasən, bankların 78 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Nəticədə 2026-cı ilin III rübü üzrə bankların sayına əsasən hesablanan diffuziya indeksi 17 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım tempinin davam etdiyini göstərir.

Qeyd edək ki, son vaxtlar vətəndaşlar taksit kartlarından alış-veriş məqsədilə geniş şəkildə istifadə edirlər və bu da borc yaradır. Taksit kartı əslində bərpa olunan, kredit xətti olan kredit kartı növüdür. Kart limitindən istifadə etdiyiniz anda banka borc yaranır və bu məbləğ müəyyən aylara bölünərək geri qaytarılır.

İstehlak kreditlərinin artmasının səbəbi vətəndaşların gəlirlərinin azalmasıdırmı və burada taksit karı kimi amillər də rol oynayırmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, əsas səbəb insanların real gəlirlərinin azalması, qiymətlərin isə artmasıdır:

“Həmçinin ölkədə iqtisadi böhran da var. İqtisadi artım olmadığı üçün bəzi insanların gəlirləri nəinki azalır, hətta işini də itirir. İşini itirən şəxsə kredit vermirlər, ancaq onun ailə üzvünə verirlər.

Məsələn. bir ailə üzvü işini itirdisə, artıq ailə məcburdur ki, ehtiyaclarını hansısa kredit hesabına bağlasın. Əlbəttə ki, bu çıxış yolu deyil. Ancaq insan ümid edir ki, sabah yaxşı olacaq, iş tapacaq. Əksəriyyət isə iş tapmır və belə davam etsə vəziyyət daha da pisləşəcək”.

Ekspertin sözlərinə görə, ikinci səbəb odur ki, bankların kredit təklifləri daha asan olub:

“Buna görə də Mərkəzi Bank son zamanlar kredit siyasətini sərtləşdirib. İstehlak kreditləri ilə bağlı qaydalara dəyişiklik etdi ki, insanlar daha çox borclanmasın, banklar üçün də gələcəkdə problemli kreditlər olmasın.

Taksit kartlarına gəldikdə, o sadəcə kreditin növlərindən biridir. Banklar çalışır ki, müxtəlif yollarla kredit versinlər. Ancaq son nəticədə həmin kartlar da Mərkəzi Bankın tənzimləməsinə düşür.

Yəni kreditin forması vacib deyil, mahiyyətcə o da kreditdir. Banklar çalışır ki, müxtəlif yollarla kredit versinlər və qazanc əldə etsinlər. Ancaq Mərkəzi Bank da onları məhdudlaşdırır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

 

Açar sözlər: Bankların kredit oyunu Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri