Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Bu il gənclərin yarısı ailə qurmayacaq Səbəblər açıqlandı

Bu il gənclərin yarısı ailə qurmayacaq Səbəblər açıqlandı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanlar iş axtarışındadır, evlənmək yada düşmür

Nikah potensialının yarısı reallaşmır, sosioloq dövlət qurumlarını da məsul tutdu

Bu il evlilik yaşına çatmış gənclərin təxminən yarısı ailə qurmayacaq. Burada subay və nikah yaşına uyğun gələn gənclər nəzərdə tutulur. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda bu barədə danışaraq bildirib ki, Azərbaycanda bu il nikah yaşında olan insanların yarısı evlənməyib.

“Bu il nikah potensialı 175 min insanı əhatə edir. Onu ikiyə böldükdə 75-80 min nikah alınır. Son statistikaya əsasən, Azərbaycanda bu il 31 min nikah bağlanıb. Qalan bir ayda isə ən yaxşı halda 10 min nikah bağlana bilər. Beləliklə, ümumilikdə 40 min nikah olacaq ki, bu da nikah potensialının yarısı deməkdir”, – deyə Ə.Əhmədov vurğulayıb.

Bəs gənclərimiz, bəlkə də orta yaşlılarımız niyə ailə qurmağa həvəsli deyillər, evlilikdən qaçırlar?

“Gender bərabərliyi” hamını qorxudur

Sosioloq Naib Niftəliyev Sherg.az-a açıqlamasında bunun səbəblərini izah edib:

– Gənclərin evlənmək istəməməsinin, əslində, çoxsaylı səbəbləri var. Hər kəsə məlumdur ki, ailə qurmaq insanın özünəməxsus həyat tərzini və sosial mühitini formalaşdırmaq istəyindən irəli gəlir. Sadəcə, mövcud tendensiyalar, urbanizasiya prosesləri, əhalinin sıxlaşması, ailəyə münasibətin dəyişməsi, gender bərabərliyi ilə bağlı müzakirələr və bu sahədə müəyyən ziddiyyətlərin meydana çıxması, ümumilikdə, sosial-iqtisadi münasibətlərin mahiyyətinin, məzmununun və strukturunun dəyişməsi bu prosesə təsir göstərən amillərdəndir.

Avropa ölkələri ilə müqayisə apardıqda görürük ki, Şərq cəmiyyətlərində məşğulluq səviyyəsinin artması, bəzən iş qrafikinin və iş yükünün müəyyən hədləri aşması kimi amillər də ailə qurmağa təsir göstərir. Bu xüsusiyyətlər müəyyən mənada Avropa cəmiyyətlərinə, o cümlədən Azərbaycana da xasdır. Texnologiyaların inkişafı nəticəsində insanlar daim iş axtarışında olurlar, hər kəs öz maddi vəziyyətini və sosial statusunu formalaşdırmağa çalışır. Bu proses bəzən müəyyən iqtisadi çətinliklər fonunda baş verir. İnsanların bir qismi gündəlik həyat qayğılarına daha çox vaxt və enerji sərf etməli olur. Qarşılaşdıqları çətinliklər, problemlər və qeyri-müəyyənlik gəncləri ciddi şəkildə narahat edir. Onlar bəzən üzərlərindəki sosial təzyiqdən də yorulurlar. Bu mənada ailə həyatının incəliyi, özünəməxsusluğu və fərqli xüsusiyyətləri, ailə institutuna xas olan saf və müqəddəs dəyərlər müəyyən mənada aşınmaya məruz qalır. Bütün bunlar gənclərin ailə qurmaqla bağlı qərarlarına da təsir göstərə bilər.Dövlət qurumları da günahkardır

Sosioloq bildirib ki, əgər evlilik yaşında olan insanların, məsələn, 50 faizi müəyyən səbəblərdən ailə qura bilmir və bu istəyini reallaşdıra bilmirsə, bu, təkcə həmin şəxslərin deyil, müvafiq dövlət qurumlarının, bütövlükdə dövlətin və cəmiyyətin, onun müxtəlif təbəqələrinin və bütün vətəndaşlarının problemidir:

– Bu, Azərbaycan cəmiyyəti üçün də xarakterik olan məsələlərdən biridir. Təbii ki, heç kəs konstitusion hüquqlarına əsasən evlənməyə, yaxud ailə vəziyyətini dəyişməyə məcbur edilə bilməz. Bu, şəxsi seçimlərə, istəklərə, dəyərlərə və adət-ənənələrə bağlı məsələdir. Hüquqi baxımdan da insanı bu istiqamətdə məcbur etmək və ya hər hansı prosedura sövq etmək mümkün deyil. Lakin Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmlənməsini, sağlam ailələrin sayının artmasını, nəsillərarası davamlılığın qorunmasını istəyiriksə, hər bir halda ailələrin qarşılaşdıqları çətinliklərin və sosial problemlərin mümkün qədər geniş şəkildə həllinə çalışmalıyıq.

Dövlət bu istiqamətdə məqsədyönlü və ardıcıl addımlar atır. Bu addımların olmadığını söyləmək, əlbəttə, insafsızlıq və yanlışlıq olardı. Bununla belə, görünən odur ki, həyata keçirilən tədbirlər sosial-demoqrafik çətinliklərin və sosial-demoqrafik siyasətin bütün incəliklərinin əhatə olunması baxımından hələ də kifayət etmir. Sosial problemlərin həlli zamanı yaşanan çətinliklər, ailələrin qarşılaşdıqları qayğılar, cəmiyyətdə ailə tərbiyəsinin və münasibətlərinin formalaşması ilə bağlı problemlər, tərbiyəvi dəyərlərin qeyri-müəyyənliyi və ziddiyyətliliyi bu prosesə birbaşa təsir göstərən amillərdəndir.

Qazancını düzgün xərcləmək bacarığı

N. Niftəliyev hesab edir ki, problem təkcə az qazanmaqda deyil. Bəzən əldə olunan vəsaitin düzgün xərclənməməsi, insanların imkanlarından daha çox xərcləməyə meyil göstərməsi də ciddi problemə çevrilir. Bu baxımdan insanlar müəyyən sabit büdcə formalaşdıraraq ailə qurmaq əvəzinə, daha çox böyük xəyalların və hədəflərin arxasınca qaçırlar. Bəs bu vəziyyətdən kimlər qazanır və faydalanır?

– Müasir texnologiyalar buna imkan verir ki, insanlar, məsələn, TikTok kimi sosial şəbəkələrdə yayımlar təşkil edərək müəyyən gəlir əldə etsinlər. Hətta bu fəaliyyəti kütləviləşdirərək bəzən mənəvi dəyərləri və ictimai məsuliyyəti arxa plana keçirən, müxtəlif yollarla qazanc əldə edən təbəqələr də formalaşır. Bütün bunlar insanları fərqli düşüncə tərzinə, fərqli istiqamətlərə və bəzən yanlış davranış modellərinə sövq edən amillərə çevrilir. Gənclər bunları görür, müşahidə edir və təbii ki, bəzən həmin davranışları özləri üçün nümunə kimi qəbul edirlər.

Xaricilərlə evliliklər artıb

Sosioloq qeyd edib ki, Azərbaycan gəncləri arasında ailə qurmaq meyli və istəyi hələ də mövcuddur. Lakin son zamanlar xarici ölkə vətəndaşları ilə ailə quran gənclərin sayında da nəzərəçarpacaq artım müşahidə olunur. Həm xarici ölkə vətəndaşları ilə evlənən azərbaycanlı kişilərin, həm də əcnəbilərlə ailə quran azərbaycanlı qadınların sayı kifayət qədərdir:

– Bu, özü də diqqətçəkən statistik göstəricidir. Azərbaycan vətəndaşları arasında bağlanan nikahların sayında müəyyən azalma müşahidə olunur. Bu tendensiya müəyyən mərhələyə qədər başadüşülən sayıla bilərdi. Lakin həmin göstəricilərin artan dinamika nümayiş etdirməsi ciddi araşdırma tələb edir. Bu vəziyyət milli və sosial-mədəni dəyərlərin qorunması, milli maraqların təmin edilməsi və mənəvi dəyərlərin möhkəmləndirilməsi baxımından müəyyən risklər yarada bilər. Nəticə etibarilə, bu proses cəmiyyətdə arzuolunmaz sosial-mədəni dəyişikliklərə və ciddi problemlərə gətirib çıxara biləcək amillərdən birinə çevrilə bilər.

Biz məsələyə hərtərəfli yanaşmalı və hesab etməliyik ki, bütün bunların həlli mümkündür. Bunun üçün ilk növbədə insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəlmiş ciddi dəstək tədbirləri həyata keçirilməli, iqtisadi məşğulluq imkanları və gəlir səviyyəsi artırılmalıdır. Eyni zamanda, ailə dəyərlərinin, ailə mədəniyyətinin və tarixi köklərin daha geniş müstəvidə bərpasına çalışmaq lazımdır. Müasirliyin müsbət dəyərləri ilə Azərbaycan mentalitetinin özünəməxsus xüsusiyyətləri arasında sağlam uyğunluq yaradılmalıdır.

Lakin ailə institutunu ideallaşdırmazdan əvvəl mövcud problemləri də qabartmaq lazımdır. Bu problemlər hazırda müsbət dəyərlərin kölgədə qalmasına səbəb olur. İlk növbədə həmin çətinliklər aradan qaldırılmalıdır ki, bundan sonra ailə dəyərlərinin qorunması, ailə qurmağa təşviq və bu istiqamətdə iqtisadi, sosial, mənəvi, psixoloji və mədəni motivasiyanın gücləndirilməsi barədə daha səmərəli danışa bilək. Bu motivasiyanı düzgün istiqamətləndirmək də olduqca vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri