Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Təhsil eksperti: Beynəlxalq imtahan nəticələri ilə ali məktəblərə qəbul imkanı yaradılmalıdır

Təhsil eksperti: Beynəlxalq imtahan nəticələri ilə ali məktəblərə qəbul imkanı yaradılmalıdır

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Yeni təkliflərə əsasən qəbul imtahanlarında model dəyişikliyinə keçid nəzərdə tutulur. Test və əzbərçilik prinsipindən kənarlaşaraq, daha çox öyrənmə, tətbiq, bilik və bacarıqların inkişafına, yazı və dinləmə formatlarına əsaslanan qəbul modelinə keçid nəzərdə tutulur.

Bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdır

Ekspert yeni imtahan modelinə keçid zamanı qiymətləndirmə mexanizminin düzgün qurulmasının vacibliyini vurğulayıb: “Yeni imtahan modelinə keçid zamanı bir məqamı diqqətdən kənarda saxlamaq olmaz. Qiymətləndirmə mexanizmi düzgün qurulmalıdır. İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdır. Əks halda, yeni tipli qəbul imtahanlarında müəyyən problemlər yarana bilər. Məsələn, Dövlət İmtahan Mərkəzi açıq tipli sualları markerlər vasitəsilə yoxlayır. Yəni burada insan faktoru mövcuddur. Bu isə bəzən yanlış qiymətləndirmə hallarına səbəb olur. Abituriyentlər apellyasiya mərhələsinə müraciət etdikdə bəzi cavabların səhv yoxlanıldığı üzə çıxır və həmin şagirdlərin balları bərpa olunur. Bu, hələ yalnız açıq tipli yazılı suallarla bağlıdır. Əgər gələcəkdə şifahi nitqin qiymətləndirilməsi və biliklərin tətbiqinə əsaslanan tapşırıqlar da imtahan modelinə daxil ediləcəksə, bu prosesin elektronlaşdırılması daha da vacib olacaq. Beləliklə, həm şagirdlərin vaxt itkisi azalar, həm də imtahan nəticələrinin daha qısa müddətdə yoxlanılması mümkün olar”.

Məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramı uzlaşdırılmalıdır

Ramin Nurəliyev məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramının uzlaşdırılmasının digər vacib məsələ olduğunu qeyd edib: “Hazırda qəbul imtahanlarının proqramı orta məktəb proqramı əsasında formalaşdırılır. Lakin burada sistemin özündə müəyyən problemlər var. Bunu sadə bir nümunə ilə izah edim. Azərbaycan dili fənnini götürək. Şagird fonetika və leksika bölmələrini 5-ci sinifdə, nitq hissələrini 6-7-ci siniflərdə, söz birləşmələri və cümlə üzvlərini isə 8-ci sinifdə öyrənir. Həmin şagird 10-11-ci siniflərdə universitetə hazırlaşmağa başlayır. Onun 5-ci sinifdə keçdiyi fonetika mövzularını, 6-7-ci siniflərdə öyrəndiyi digər qaydaları illər sonra xatırlaması nə dərəcədə realdır?

Nəticədə şagird həmin mövzuları yenidən öyrənmək üçün əlavə dəstəyə ehtiyac duyur. Bunun üçün ya repetitor yanına getməli, ya da hazırlıq kurslarına müraciət etməlidir. Mövcud proqramın quruluşu şagirdləri əlavə hazırlığa yönəldir. Məsələn, hazırda qəbul proqramının cəmi 5-6 faizi 10-11-ci siniflərin tədris materiallarını əhatə edir. Bu isə o deməkdir ki, 10-cu sinfə çatan şagird qəbul proqramının böyük hissəsini əvvəlki siniflərdə öyrəndiyi mövzulardan təkrar mənimsəməli olur.

Elm və Təhsil Nazirliyi hazırda təmayül sinifləri və məktəbləri yaradır. Bu məktəblərdə tədris müəyyən qədər ali təhsilə hazırlıq istiqamətində qurulur. Hesab edirəm ki, bu yanaşma mərhələli şəkildə bütün orta ümumtəhsil məktəblərinə şamil edilməli, tətbiq imkanları genişləndirilməlidir. Bunun müsbət nəticələrini yaxın gələcəkdə görə bilərik”.

Beynəlxalq imtahan nəticələri ilə qəbul imkanları yaradılmalıdır

Ekspert beynəlxalq imtahan nəticələrinin tanınmasını da vacib məsələlərdən biri hesab edir: “SAT, IELTS və TOEFL imtahanlarının nəticələri əsasında Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanlarının yaradılmasını mümkün hesab edirəm. Lakin biz öz kimliyimizi, milli qəbul sistemimizi və imtahan modelimizi ikinci plana keçirməməliyik. Mən bir qədər vətənpərvər ruhlu insanam və düşünürəm ki, SAT və digər beynəlxalq imtahanlara üstünlük verərək öz qəbul sistemimizi arxa plana keçirmək doğru yanaşma olmaz.

Bəli, SAT, IELTS və TOEFL nəticələrinə əsasən universitetlərdə ayrıca plan yerləri ayrıla bilər. Məsələn, tədrisi ingilis dilində aparılan ixtisaslar üzrə bu nəticələr əsasında qəbul həyata keçirilə bilər. Həmin seçimdən keçməyən abituriyentlər isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak edə bilərlər”.

Qəbul imtahanlarında fənlərin sayı azaldılmalıdır

Ramin Nurəliyev qəbul imtahanlarında 5-6 fənnin olmasının tərəfdarı olmadığını, imtahanların sadələşdirilməsinin vacibliyini vurğulayıb: “Beynəlxalq təcrübədə universitetə qəbul nisbətən asanlaşdırılır, universitetdə təhsil almaq isə çətinləşdirilir. Bizdə isə bunun tam əksi müşahidə olunur: universitetə qəbul çətinləşdirilib, ali təhsil müəssisələrində oxumaq isə nisbətən asanlaşdırılıb. Bu yanaşmadan uzaqlaşmalıyıq. Buraxılış imtahanlarında Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndirmə aparıldıqdan sonra qəbul mərhələsində hər ixtisas qrupuna uyğun əlavə fənlər müəyyənləşdirilə bilər. Hətta ayrıca blok imtahanına ehtiyac olmadan, vahid formatda imtahan keçirilməsi də mümkündür. Məsələn, birinci ixtisas qrupunda riyaziyyat və kimya altqrupu üzrə kimya, informatika altqrupu üzrə isə informatika əlavə edilə bilər. Beləliklə, hər iki altqrup üçün dörd fənn kifayət edər. İkinci ixtisas qrupunda coğrafiya, üçüncü ixtisas qrupunda tarix, dördüncü ixtisas qrupunda isə biologiya əlavə edilə bilər. Hesab edirəm ki, bu format kifayət qədər məqsədəuyğundur. Beş-altı fənn üzrə imtahan həm valideynlər, həm də şagirdlər üçün əlavə yük yaradır".

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanları dəyişdirilməlidir

Ekspert jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının mövcud keçirilmə qaydasını da düzgün hesab etmədiyini bildirib: “Hazırda qabiliyyət imtahanında əsasən mətn yazılır, inşa formatında tapşırıq verilir və namizədin qabiliyyəti bu yazıya əsasən qiymətləndirilir. Halbuki jurnalistin danışıq qabiliyyəti, nitqi də mükəmməl olmalıdır. Biz yalnız yazı nümunəsinə əsasən yüksək bal toplayan şəxsi jurnalistika ixtisasına qəbul edirik. Amma həmin şəxsin danışıq qabiliyyətinin zəif olması, nitqində problemlərin mövcudluğu mümkündür. Ona görə də məsələyə daha dərindən yanaşmaq lazımdır.

Bu gün Dövlət İmtahan Mərkəzi test modeli ilə yanaşı, digər imtahan formatlarından da istifadə edir. Məsələn, inşa, esse tipli tapşırıqlar və açıq suallar tətbiq olunur. Lakin yalnız universitetlərə qəbul imtahanlarında deyil, ali təhsil müəssisələrində keçirilən semestr imtahanlarında da bu modelin tətbiqi genişləndirilə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Noyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri