Cənubi Koreyadan tələbələrin BANM də təhsil alması üçün fikir mübadiləsi aparılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 28 aprel, AZƏRTAC
Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri – səfirliyin müşaviri və missiya rəhbərinin müavini Kim Changsoo və iqtisadi məsələlər üzrə baş assistent Arzu Umarova SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Ali məktəbin strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli ilə görüşdə Cənubi Koreya universitetləri ilə akademik əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə səfirliyin mümkün dəstəyi müzakirə olunub. Tərəflər mühəndislik, enerji və informasiya texnologiyaları kimi sahələrdə birgə proqramlar və tədqiqat təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, 2025–2026-cı tədris ilindən etibarən Cənubi Koreyadan istedadlı tələbələrin BANM-də təhsili üçün şəraitin yaradılması, tanıtım tədbirləri, təqaüd proqramları və informasiya dəstəyi məsələləri nəzərdən keçirilib.
Baxış sayı:71
Bu xəbər 28 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















