BANM tələbəsi beynəlxalq hakatonda qalib oldu Foto
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisasının V kurs tələbəsi Gülay Nəzərova İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) tərəfindən təşkil olunan “CECECO Təmiz Enerji Hakatonu 2026” beynəlxalq müsabiqəsində II yeri tutub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 16-35 yaş arası gənclərin iştirak etdiyi hakatonda BANM tələbəsi fərdi şəkildə iştirak edərək Azərbaycandan yeganə qalib adını qazanıb.
Onun təqdim etdiyi “CleanAxis” adlı layihə süni intellekt əsaslı rəqəmsal mərkəz platformasının yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi təmiz enerji sahəsində rəqəmsal və məlumat əsaslı innovativ həllərin hazırlanması olub.
Müsabiqəyə ümumilikdə adları qeyd olunan ölkələrdən 207 müraciət qəbul edilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Yanvar 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















