BANMin layihəsi Niderlandda ən yaxşı startaplar arasında Foto
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “CLIMASEL” layihəsi Niderlandın “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı 30 layihə arasında yer alıb. Enerji və ətraf mühit kateqoriyasında 2000 layihə arasından seçilib.
“Qafqazinfo” xəbər verir ki, “CarbonX” komandasına 25 min avro investisiya ayrılıb, eləcə də 3 aylıq akselerasiya proqramında iştirak etmək hüququ qazanıb.
Layihənin təqdimatını BANM-in Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova ediblər.
Həmçinin layihədə Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə, Kimya kafedrasının müəllimi Aysel Məmmədova və SOCAR Türkiyə Strateji planlaşdırma və korporativ performans üzrə mütəxəssisi Güllü Hüseynli (BANM məzunu) yer alıblar.
“CLIMASEL” layihəsi binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan “Climasel” panelləri istehsal edir.
Proqram hibrid formada, həm Amsterdamda, həm də onlayn keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 08 Yanvar 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















