Icma.az
close
up
RU
BAQM ilə dərmanların fərqi nədir? SN açıqlayır

BAQM ilə dərmanların fərqi nədir? SN açıqlayır

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə dərman vasitələrinin və tibbi vasitələrin ekspertiza və qeydiyyat proseslərini həyata keçirən əsas qurumdur”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Bioloji Fəallığa Malik Qida Əlavələri şöbəsinin eksperti Gülnar İmayılova Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində deyib.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyət istiqamətləri yalnız bununla məhdudlaşmır:

“AEM təkcə dərmanların keyfiyyətinə nəzarət edən struktur deyil, eyni zamanda tibbi məqsədlə istifadə olunan bütün məhsulların – dərman vasitələrinin, tibbi vasitələrin və bioloji fəallığa malik qida əlavələrinin –statusunu müəyyən edən yeganə ekspertiza orqanıdır. Yəni, hansısa məhsulun hansı kateqoriyaya aid olması yalnız AEM tərəfindən aparılan ekspertiza nəticəsində dəqiqləşdirilir”.

Ekspert qeyd edib ki, dərman və tibbi vasitələr üzrə səlahiyyətlər Mərkəzin əsas funksional istiqamətlərindəndir:

“Dərmanın nə olduğunu, hansı maddələrin dərman təsiri göstərdiyini, hansı məhsulun tibbi vasitə kimi qiymətləndirilə biləcəyini hüquqi və elmi baxımdan müəyyən edən məhz Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidir. Bioloji fəallığa malik qida əlavələri isə dərman vasitəsi olmasalar da, strateji əhəmiyyətə malik məhsullar sırasına daxildir. Çünki bəzi hallarda BAQM-ların tərkibindəki maddələr və onların təsir iddiaları dərman vasitələrinə bənzəyə bilər. Məhz buna görə bu məhsulların təhlükəsizliyi, istifadə məqsədi, doza göstəriciləri və tərkibinin normativ sənədlərə uyğunluğu xüsusi diqqətlə qiymətləndirilməlidir. BAQM statusu almaq istəyən istənilən istehsalçı, idxalçı və ya fiziki şəxs ilk növbədə Analitik Ekspertiza Mərkəzinə müraciət etməli və ekspertizadan keçməlidir”.

G.İmayılova bildirib ki, dərmanın nə olduğunu, hansı məhsulun dərman təsiri yaratdığını, hansının isə qida əlavəsi kateqoriyasına aid olduğunu müəyyən edə bilən yeganə qurum məhz AEM-dir və Bu səbəbdən BAQM-ların dərman vasitəsi sayılıb-sayılmaması da Mərkəzin səlahiyyətinə daxildir:

“Nəzərinizə çatdırım ki, bioloji fəallığa malik qida əlavələri müalicəvi təsir göstərmir və dərman vasitəsi hesab olunmur. BAQM - qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik nutriyentlərdən və digər bioloji aktiv maddələrdən ibarət olan məhsuldur. Bu məhsullar kapsul, tablet, ampul, damcı və digər dozalanmış formada istehsal olunur və gündəlik qəbul dozası normativ qaydada müəyyən edilir. Məqsədi xəstəliyi müalicə etmək deyil, qida qəbulunu tamamlamaq və orqanizmin normal fizioloji funksiyalarını dəstəkləməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see297

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see273

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see268

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see262

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see255

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see246

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see239

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see230

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see220

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see220

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see206

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see205

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see198

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see191

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see185

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see181

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri