Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Barsa” 2025 də ilk dəfə uduzdu, son tur üçün sual qalmadı

Barsa” 2025 də ilk dəfə uduzdu, son tur üçün sual qalmadı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

37-ci tur faktiki bütün suallara aydınlıq gətirdi. İlk 6 yeri tutacaq komandaların ardıcıllığı müəyyənləşdi.

Son tur üçün iki əsas intriqa qalır: elitanı “Leqanes”, yoxsa “Espanyol” tərk edəcək, bir də 7-8-ci yerləri hansı komandalar (Selta, Rayo Valyekano, Osasuna) tutacaq?
Hesabat turunun hadisələrindən “Barselona”nın 2-ci dövrədə və 2025-də ilk məğlubiyyətini qeyd etmək olar. “Vilyarreal” ardıcıl 2-ci mövsümdə kataloniyalılara səfərdə qalib gəldi. Mbappe “Real”a “Sevilya” üzərində qələbə qazandırmaqla yanaşı, “Qızıl buts” almaq şansını da artırdı. Tur həmçinin qonaqların 7 qələbəsi və heç bir oyunun 0:0 bitməməsi ilə yadda qaldı.
Flik meydana əsas heyəti buraxsa da, görünür, futbolçular çempionluq eyforiyasından ayılmayıb. Amma Peresin 4-cü dəqiqədəki qolu meydan sahibləri üçün soyuq duş rolunu oynadı. Hissənin sonunda hesab artıq 2:1 idi. Yamal 38-ci dəqiqədə ənənəvi qollarından birini vurdu, Lopes isə müdafiəçinin qaytardığı topu qapıya göndərdi. Belə düşünmək olardı ki, “Barsa” fasilədən sonra da hücumları davam etdirəcək. Ancaq belə olmadı. Levandovski gözə dəymirdi, “Barsa” sanki azlıqla oynayırdı. Artıq 50-ci dəqiqədə süni ofsayd tələsindən qurtulan Komensanya hesabı bərabərləşdirdi.
“Barsa” hətta heç-heçəyə də razı idi, sadəcə, sonradan oyuna qoşulan Moreno ilə Byukenen “sarılar”ın 3-cü qolunu da təşkil etdi.
“Betis” isə “Atletiko”dan 4 qol buraxdı, hərçənd ÇL-ə nəzəri iddiasını saxlamaq üçün “xiyarlar”a qələbə lazım idi. Pelleqrininin komandası Konfrans Liqasının finalında yalnız titul üçün çarpışacaq, onsuz da çempionat yolu ilə Avropa Liqasına vəsiqəsi var. Madriddə qonaqların darmadağının əsasını Alvares qoydu. Ardından Alvares və Sörlot qol vəziyyətlərini sağa-sola xərcləsə də, Le Norman hissənin sonunda “hindular”ın üstünlüyünü artırdı. Pelleqrininin fasilədə əl atdığı üçlü dəyişiklik fayda verdi. Qonaqlar 67-ci dəqiqədə qollardan birinin əvəzini çıxdı. Amma Alvares 75-ci dəqiqədə növbəti dəfə fərqləndi və bununla da oyunun taleyi həll olundu.
“Alaves” və “Leqanes” səfərdə minimal hesabla qələbə qazandı. “Alaves” elitada qalmaq vəzifəsinin öhdəsindən gəldisə, “Leqanes”, sadəcə, ümidlərini bir həftə də yaşatdı. Axı son turda da “Valyadolid”ə qalib gəlmək, üstəlik “Espanyol”un “Las Palmas”ı uda bilməyəcəyinə bel bağlamaq lazımdı.
Evdə “Espanyol”a qalib gələn “Osasuna” hələ də avrokuboklara vəsiqə verən 7-ci yerə iddiasını davam etdirir. Elə səfərdə “Selta”nı məğlub edən “Rayo Valyekano” da 7-ci yerdən gözünü çəkməyib. “Real Sosyedad” – “Jirona” oyununun heç bir turnir əhəmiyyəti yox idi. Hər halda, basklar qələbə qazanmaqla turnir mövqeyini bir qədər yaxşılaşdırdı.
“Malyorka” evdə “Xetafe”yə uduzmaqla avrokuboklara vəsiqə arzusunu “dəfn etdi”. Halbuki qələbə adalıları bu mübarizədə saxlayacaqdı.
“Atletik” “Valensiya”nı məğlub etməklə 4-cü yeri, deməli, həm də İspaniya Superkuboku uğrunda oynamağı təmin etdi. “Real” “Sevilya” ilə səfər oyununda uzun müddət əziyyət çəksə də, sonda qələbə qazana bildi. Hərçənd madridlilərin inamlı qələbəsi üçün münbit şərait var idi. Artıq 12-ci dəqiqədə Mbappeyə qarşı kobud oynayan Bade meydandan qovuldu. Kaparros fasilədən dərhal sonra Lukebakionu Romero ilə əvəzlədi və bu gediş acı nəticə doğurdu. Belə ki, Romero 48-ci dəqiqədə açıq ayaqla Çuameninin üzərinə getdiyindən meydandan qovuldu. “Real” 9 oyunçu ilə qalan rəqibin müqavimətini 75-ci dəqiqədə qırdı. Əslində qapıçı Mbappenin zərbəsinin qarşısını ala bilərdi. Sona üç dəqiqə qalmış Bellingem olan-qalan intriqanı da öldürdü.
37-ci tur
Barselona – Vilyarreal 2:3

Yamal, 38. Lopes, 45+5 – Peres, 4. Komesanya, 50. Byukenen, 80. (49558)
Barselona: Ter Ştegen, E.Qarsiya (Fort, 74), Martin (Balde, 46), Martines, Kubarsi, Pedri (De Yonq, 46), Qavi (Olmo, 85), Lopes, Yamal, Rafinya, Levandovski (Viktor, 74).
Sevilya – Real 0:2
Mbappe, 75. Bellingem, 87. (31633)
Real: Lunin, Valverde, F.Qarsiya (Sebalyos, 77), Ramon, Valyexo (Q.Qarsiya, 66), Bellingem, Gülər (Vaskes, 77), Modriç, Çuameni, Endrik (Munyos, 58), Mbappe.
Atletiko – Betis 4:1
Alvares, 10; 75. Le Norman, 45+3. Korrea, 90+6 – Fornals, 67. (62269)
Atletiko: Oblak, Le Norman, Lanqle, Lyorente, Qalan, Lino (Korrea, 80), Koke, De Paul (Qallaher, 70), Simeone (Molina, 80), Alvares (Vitsel, 90+9), Sörlot (Qrizmann, 70).
Selta – Rayo Valyekano 1:2
Alonso, 10-p. – Palason, 17. De Frutos, 45+2. (21482)
Valensiya – Atletik 0:1
Berenger, 72. (45641)
Malyorka – Xetafe 1:2
Larin, 90+3 – Arambarri, 56. Uçe, 65. (18124)
Real Sosyedad – Jirona 3:2
Marin, 5. Oyarsabal, 20-p. Marieskurrena, 90+1 – Stuani, 10. Portu, 77. (28315)
Valyadolid – Alaves 0:1
K.Qarsiya, 18-p. (14506)
Las Palmas – Leqanes 0:1
Raba, 6. (11279)
Osasuna – Espanyol 2:0
Budimir, 17. R.Qarsiya, 90+1. (21131)
1. Barselona 37 27 4 6 99-39 85
2. Real 37 25 6 6 76-38 81
3. Atletiko 37 21 10 6 64-30 73
4. Atletik 37 19 13 5 54-26 70
5. Vilyarreal 37 19 10 8 67-49 67
6. Betis 37 16 11 10 56-49 59
7. Selta 37 15 7 15 57-56 52
8. Rayo Valyekano 37 13 12 12 41-45 51
9. Osasuna 37 12 15 10 47-51 51
10. Malyorka 37 13 8 16 35-44 47
11. Real Sosyedad 37 13 7 17 35-44 46
12. Valensiya 37 11 12 14 43-53 45
13. Xetafe 37 11 9 17 33-37 42
14. Alaves 37 10 11 16 37-47 41
15. Sevilya 37 10 11 16 40-51 41
16. Jirona 37 11 8 18 44-56 41
17. Espanyol 37 10 9 18 38-51 39
18. Leqanes 37 8 13 16 36-56 37
19. Las Palmas 37 8 8 21 40-59 32
20. Valyadolid 37 4 4 29 26-87 16
Bombardirlər: Mbappe (Real) – 29, Levandovski (Barselona) – 25, Budimir (Osasuna) - 21, Peres (Vilyarreal) – 19, Rafinya (Barselona) – 18.
Turun rəqəmi
41 – Mbappe “Real”ın heyətində cari mövsümdə bütün turnirlərdə keçirdiyi 55-ci oyunda qol sayını bu həddə çatdırdı. Debüt mövsümündə 41 qol klub rekordudu. Sonuncu belə rekordun sahibi İvan Samorano (1992/93, 37) olub. La Liqada 29 qol vuran Mbappe ÇL-də 7, ölkə kubokunda 2, Avropa Superkuboku, İspaniya Superkuboku və Qitələrarası kubokun hər birində 1 dəfə fərqlənib.
Turun ulduzu
Xulian Alvares (Atletiko) – iki qol və məhsuldar ötürmə ilə “Betis”in darmadağınında önəmli rol oynadı. Argentinalı ulduz debüt mövsümündə artıq 28 qol vurub.
Turun sitatı
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Böyük işlər görən futbolçular çempionluğu ən yaxşı şəkildə qeyd etməyə layiq idi. Bunu oyunçulara da dedim. Mənim kimi alman üçün qeyri-adi məclis idi. Çox güman, gələn mövsüm titullar qazanmaq yolunda daha çox çalışmalı olacağıq”.


Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Oyun çətin alındı. Gərgin atmosfer və rəqibin iki oyunçusunun meydandan qovulması özünü göstərdi. Bu üzdən oyunun dinamikası itdi. Əlbəttə, biz daha parlaq oyun göstərə bilərdik. Ancaq hesabda irəli çıxandan sonra risk etməyə ehtiyac yox idi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri