Barselona Andreas Kristensenə bir şərtlə yeni müqavilə təklif edib
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona" müdafiəçisi Andreas Kristensenə maaşının azaldılması şərti ilə yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni müqavilə iki il yarım müddətinə nəzərdə tutulub. Kristensenin maaşı isə hazırda aldığının yarısını təşkil edəcək.
Həmçinin bildirilir ki, danimarkalı futbolçunun məvacibi oyunların sayı da daxil olmaqla bir çox amillərdən asılı olacaq.
Qeyd edək ki, Kristensenin "Barselona" ilə müqaviləsi bu ilin iyununda başa çatır. 29 yaşlı mərkəz müdafiəçisi bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib və bir qol vurub.
Bu mövzuda digər xəbərlər:Barselona Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
18 Mart 2026 11:30
“Barselona” Andreas Kristensenlə yeni müqavilə imzalayıb
01 İyul 2026 13:32
“Barselona” Andreas ilə bağlı planlarını dəyişdi
10 Avqust 2025 16:43
Andreas Kristensen “Barselona” ilə müqaviləsini uzadacaq
19 İyun 2026 23:52
Barselona Ansu Fatini bir şərtlə icarəyə verəcək
24 İyun 2025 19:21
Baxış sayı:117
Bu xəbər 05 Aprel 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















