Barselona Betis i darmadağın etdi, liderliyini qorudu
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
İspaniya La Liqasının IX turunda "Real Betis" və "Barselona" komandaları üz-üzə gəlib.
Qarşılaşma qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 10-cu dəqiqədə "Barselona"nın vingeri Lamin Yamal açıb. 27-ci dəqiqədə "Betis"in müdafiəçisi Valentin Qomes hesabı bərabərləşdirib. Lakin 41-ci dəqiqədə yarımmüdafiəçi Rodri fərqlənərək kataloniyalıları yenidən önə keçirib.
İkinci hissənin 51-ci dəqiqəsində hücumçu Qabriel Jesus "Betis"in qapısından üçüncü topu keçirib. 54-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Abde Ezzalzuli fərqi azaldıb. Həmin dəqiqədə "Betis"in yarımmüdafiəçisi Fakundo Bernal qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Say üstünlüyündən istifadə edən kataloniyalılar daha iki qol vurublar. 62-ci dəqiqədə Erik Qarsiya, 81-ci dəqiqədə isə Dani Olmo fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.
Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran "Barselona" İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. 19 xalı olan "Betis" isə üçüncü pillədə qərarlaşıb.
La Liqanın növbəti turunda, oktyabrın 25-də "Betis" səfərdə "Selta"nın qonağı olacaq. "Barselona" isə həmin gün doğma meydanda "Real Madrid"i qəbul edəcək.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Oktyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















