Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəhid ailələrinin mənzil və ya ev alqı-satqısı və dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə rüsumdan azad edilməsi təklif olunur.
"AzPolitika" xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, güzəşt qazanan şəxslərin siyahısına şəhid ailələri də əlavə ediləcək.
Hazırda həmin güzəştdən müharibə ilə əlaqədar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş şəxslər, işləməyənlər, əlilliyi olan uşaqlar, qaçqınlar və məcburi köçkünlər yararlanırlar.
Dəyişiklik qəbul olunsa, şəhid ailələri mənzil və ya evin alqı-satqısı, eləcə də dəyişdirilməsi ilə bağlı notariat hərəkətlərinə görə dövlət rüsumu ödəməyəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 06 Noyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















