Barselona da ciddi itki qoldan sonra oyunu davam etdirə bilmədi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Lamin Yamal La Liqada "Barselona – "Selta" oyununun ilk hissəsinin sonlarında zədələnib.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun vingeri penalti qazandırıb və 40-cı dəqiqədə özü onu dəqiq yerinə yetirib – 1:0.
Bundan dərhal sonra 18 yaşlı futbolçu əvəzlənməyə ehtiyacı olduğunu göstərib və meydançaya uzanıb. Onun penaltini vurarkən və ya zərbədən dərhal sonra bud əzələsini zədələdiyi ehtimal olunur.
Həkim heyəti ilə qısa söhbətdən sonra Yamal paltardəyişmə otağına yollanıb. Onun əvəzinə Runi Bardci meydana daxil olub.
Qeyd etmək lazımdır ki, eyni vaxtda tribunada azarkeşlərdən birinin səhhətində də problem yaranıb. Buna görə oyun dərhal bərpa edilməyib və fasilə təxminən 10 dəqiqədən çox davam edib.
saytlarin hazirlanmasi
Baxış sayı:225
Bu xəbər 23 Aprel 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















