Barselona dan Mançester Siti yə 1 milyardlıq cavab
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya futbolunun ən parlaq ulduzlarından biri olan Pedrinin "Barselona"ya keçidinin maraqlı pərdəarxası məqamları üzə çıxıb.
Fanat.Az xəbər verir ki, hələ 2019-cu ildə "Mançester Siti" o zaman "Las Palmas"da çıxış edən 16 yaşlı gənc istedad üçün 30 milyon funt sterlinqlik rəsmi təklif irəli sürübmüş.
Pep Qvardiola ispaniyalı yarımmüdafiəçini öz oyun sistemi üçün mükəmməl namizəd hesab etsə də, Pedri cəmi bir neçə həftə sonra bu təklifi rədd edib. O, ailəlikcə azarkeşlik etdikləri və uşaqlıq arzusu olan "Barselona"ya cəmi 5 milyon funt sterlinq qarşılığında keçməyi üstün tutub.
İndi isə "şəhərlilər" yay transfer pəncərəsi öncəsi Pedri üçün yenidən kataloniyalıların qapısını döyüblər. Lakin "Mundo Deportivo"nun yaydığı məlumata görə, "Barselona" rəhbərliyi ulduz futbolçunu komandada saxlamaqda qərarlıdır və onun üçün tam 1 milyard funt sterlinq tələb edir.
Bu astronomik məbləğ, klubun Pedrini heç bir vəchlə satmaq niyyətində olmadığının bariz göstəricisi kimi qiymətləndirilir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 10 Aprel 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















