Ermənistan Azərbaycana 150 milyardlıq ziyan vurub RƏSMİ
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi dağıntılar ölkəmizə böyük həcmdə maddi zərər vurub. İşğal dövründə yaşayış məntəqələri, infrastruktur, iqtisadi obyektlər, kənd təsərrüfatı sahələri və digər əmlak dağıdılıb, regionun iqtisadi və maliyyə potensialına ciddi ziyan dəyib.
Bəs işğal olunmuş ərazilərdə Azərbaycana vurulmuş maddi zərərin təxmini ümumi həcmi nə qədərdir? İqtisadi və maliyyə itkilərinin dəyəri necə hesablanıb?
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən dosent, iqtisadçı-alim Mahir Zeynalov Modern.az-a açıqlama verib.
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı nəticəsində vurulmuş zərərin hesablanması üçün xüsusi metodologiya hazırlanıb.
“Bu günə qədər dünyada zərərin qiymətləndirilməsi üzrə bir neçə fərqli metodologiya tətbiq olunsa da, onların heç biri uzunmüddətli, çoxillik işğal dövründə vurulmuş ziyanın hesablanması üçün yetərli deyil. Buna görə də Azərbaycanda bu problemin həlli üçün yeni metodoloji yanaşma tətbiq edilib”.
İqtisadçı qeyd edib ki, 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi məqsədilə dövlət komissiyası yaradılıb.
Həmin dövrdə maliyyə naziri olan Samir Şərifovun rəhbərlik etdiyi komissiyaya müxtəlif nazirliklərin, dövlət komitələrinin və agentliklərin rəhbər şəxsləri daxil edilib. Hesabatın hazırlanmasında komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu ilə yanaşı, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin də daxil olduğu bir qrup əməkdaş iştirak edib.
Mahir Zeynalovun sözlərinə görə, hazırlanmış metodologiya çərçivəsində insan itkiləri ilə bağlı mənəvi zərərin, daşınar və daşınmaz əmlaka dəymiş ziyanın, iqtisadi itkilərin, ərazilərin minalarla çirkləndirilməsinin, ətraf mühitə vurulmuş zərərin və digər komponentlərin hesablanması və qiymətləndirilməsi üçün müvafiq üsul və alətlər işlənib hazırlanıb.
“Yeni metodologiya əsasında aparılan qiymətləndirməyə görə, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərin ümumi həcmi təxminən 250 milyard manat, yəni 150 milyard ABŞ dolları təşkil edir”, – deyə tədqiqatçı bildirib.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 Oktyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















