Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib.
Qaynarinfo xəbər verir ki, nazir bu barədə səfərin yekunları ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə mühüm ikitərəfli görüşlər keçirilib.
Kvrivişvili qeyd edib ki, müzakirələrdə ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi əsas diqqət mərkəzində olub.
Nazir Azərbaycanla bu istiqamətlərdə fəal əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O bildirib ki, səfərin iki ölkə arasında müsbət ticarət-iqtisadi münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanır.
Baxış sayı:120
Bu xəbər 18 Noyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















