Barselona nın oynadığı futbol deyil” Simeone
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında "Qalatasaray"ın rəqiblərindən biri olan "Barselona" haqqında danışıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, La Liqa tituluna iddialı olan "Atletiko"in baş məşqçisi Dieqo Simeone "Barselona"nı tərifləyib. Argentinalı məşqçi Hansi Flikin rəhbərliyi altında "Barselona"nın oyun tərzini vurğulayıb və Kataloniya komandasını liqanın ən yaxşısı adlandırıb.
"Onlar fərqli futbol oynayirlar"
Simeone Çempionlar Liqasında Qalatasarayın rəqiblərindən biri olan “Barselona” haqqında bu açıqlamaları verib:
"Barselona” bizdən fərqli bir idman növü ilə məşğul olur. Meydanda 9 nömrəli oyunçuları yoxdur, amma birdən Rafinya meydana çıxdı və 12 qol vurdu. Səhv etmirəmsə, Lamin Yamal da 7 qol vurub".
"Onlar indi ən yaxşi komandadir"
Təcrübəli məşqçi "Barselona"nın təzyiq gücünü vurğulayaraq sözlərinə belə davam edib:
"Onlar sizi öz yarımmüdafiə xəttinizdə sıxışdırır və nəfəs almağınıza imkan vermirlər. Risk etməkdən və qol buraxmaqdan çəkinmirlər. Onlar hazırda ən yaxşı komandadır".
“Barselona” zirvədə
La Liqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Barselona” 21 xalla turnir cədvəlinin başındadır. “Atletiko” və “Real Betis” komandalarının hər birinin 16 xalı var, “Real” isə 15 xalla dördüncü yerdədir.
Kataloniya komandası ən yaxın rəqibləri “Atletiko” və “Real Betis”dən 5 xal, “Real”dan isə 6 xal qabaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Sentyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















