Barselona Salah və Dias arasında seçim etdi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Barselona" "Liverpul"un futbolçuları Məhəmməd Salah və Luis Diasla maraqlanır.
QOL.az xəbər verir ki, bu barədə "Footmercato" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi əvvəlcə kolumbiyalı vingeri prioritet sayırdı. Klubun idman direktoru Deku Diasın hazırkı komandaya tam uyğun olduğunu düşünür. Lakin Salahın İngiltərə klubu ilə müqaviləsi yayda bitəcəyinə görə, "Barselona" misirli futbolçunun transferinə daha çox üstünlük verir.
Qeyd olunur ki, katalonlar hər iki futbolçunu bir anda almaq fikrində deyillər.
